Icma.az
close
up
RU
Rusiya və İran hər zaman bir medalın iki üzü olublar ŞƏRH

Rusiya və İran hər zaman bir medalın iki üzü olublar ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva və Tehran həm bizim regionda, həm də Yaxın Şərqdə, həm də digər bölgələrdə eyni geosiyasi oyunları oynayıblar

Moskvada Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi arasında görüş keçirilib. Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə nazirlər iki ölkə arasındakı münasibətləri, İranın nüvə problemi ətrafındakı vəziyyəti, Yaxın Şərqi və regional gündəlikdə duran məsələləri müzakirə ediblər. Lavrov və Əraqçi arasında Cənubi Qafqazdakı vəziyyət də müzakirə predmeti olub. Əraqçi Ukrayna münaqişəsinin də danışıqlarda müzakirə olunduğunu bildirib. Bundan əvvəl Sergey Lavrov Moskva ilə Tehran arasında münasibətlərin inkişafını Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biri adlandırıb. Onun sözlərinə görə, tərəflərin "ciddi ikitərəfli planları" var. Bunlara "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi, eləcə də BRİKS, ŞƏT və Aİİ çərçivəsində əməkdaşlıq perspektivləri daxildir. İran Prezidenti Məsud Pezeşkian ilə görüş zamanı Rusiya Prezidenti Vladimir Putin də deyib ki, 2024-cü ildə Rusiya və İran arasında ticarət dövriyyəsi 13 faiz artıb. Prezidentin sözlərinə görə, ötən il ticarət həcmi 13 faiz artıb, 2025-ci ildə isə əlavə 8 faiz artım gözlənilir: "Ölkələr kənd təsərrüfatı sahəsində birgə fəaliyyətlərini davam etdirir və qaz və elektrik enerjisi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edirlər". Bundan başqa, İranın Moskva səfiri Kazem Calali bildirib ki, Rusiya və İran ilk birgə dəniz konsorsiumunun yaradılması barədə razılığa gəlib. Saziş 6-7 noyabr tarixlərində Mahaçqala şəhərində keçirilən danışıqlar nəticəsində imzalanıb, görüşdə iki ölkənin iri şirkətləri və dövlət nümayəndələri iştirak ediblər.

Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Sherg.az-a bildirib ki, Rusiya və İran hər zaman bir medalın iki üzü olublar. Analitik qeyd edib ki, Moskva və Tehran bəzi məqamlarda üzdə bir-birilərinə tərəf baxmasalar da, arxa planda əməkdaşlıq yüksək səviyyədə olub: "Həm bizim regionda, həm də Yaxın Şərqdə, həm də digər bölgələrdə eyni geosiyasi oyunları oynayıblar. İran və Rusiyanın ən başlıca məsələsi hazırkı Suriya hökumətidir. Məqsəd Türkiyəni Suriyadan sıxışdırmaq, yeni hakimiyyəti devirməkdir. İran tərəfi İraqda şiə milislərdən ibarət qruplaşmalar yaradıb. Tehran və Moskva Türkiyənin Suriyada hakimiyyəti ələ almasını qəbul etmirlər. Böyük ehtimalla, Türkiyənin Suriyada PKK-PYD qüvvələrinə qarşı əməliyyat hazırlığı fonunda İran və Rusiya bunun qarşısını almaq planları cızır". 

A.Qasımovun qənaətincə, İran və Rusiya Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən də narahatlıq duyur: "Zəngəzur dəhlizinin açılması məsələsi İranın açıq, Rusiyanın isə gizli etirazı ilə qarşılanır. İran XİN başçısı Abbas Əraqçi Ermənistanda açıq şəkildə bildirmişdi ki, Zəngəzur dəhlizinin əleyhinədir. Rusiya və İranın müzakirə mövzularından biri də İsrail və ABŞ ilə münasibətlərdir. Bu dövlətlərin hamısı bir-biri ilə mehriban düşmənlərdir. Hansının əli hansının cibindədir, bəlli deyil. Putinin ideoloqu Aleksandr Duqin deyir ki, Rusiya olaraq şiələrlə ittifaq qurmalı, Türkiyə və Suriya kimi ölkələrdə daxili savaş çıxartmalıdırlar. Duqin "Rusiyanın gələcəyi" adlı kitabında yazıb ki, Rusiyanın sünni müsəlmanlarla ittifaq etməsi əsla mümkün deyil. Yəni Tehran və Moskvanın bir-biri ilə müzakirə edəcək və anlaşacaq xeyli ortaq məsələsi var". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri