Icma.az
close
up
RU
Bir medalın iki üzü ... Pakistanla Əfqanıstan arasındakı münaqişə Çinin geosiyasi mövqeyini zəiflətmək üçün təkrar başladılıb

Bir medalın iki üzü ... Pakistanla Əfqanıstan arasındakı münaqişə Çinin geosiyasi mövqeyini zəiflətmək üçün təkrar başladılıb

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Taliban hökuməti ölkənin şimal sərhədi boyunca bir sıra dağlıq ərazilərdə Pakistan qüvvələrinə zərbələr endirdiyini təsdiqləyib. Ölənlərin sayı hələlik məlum deyil. Taliban cümə axşamı Pakistanın Əfqanıstan hava məkanını pozduğunu və bazarı bombaladığını iddia etdikdən sonra hücumları "cavab əməliyyatı" adlandırıb.

Pakistanın daxili işlər naziri Mohsin Naqvi Əfqanıstan hücumlarını "təxribatsız" adlandırıb və onları mülki şəxsləri hədəf almaqda ittiham edib. Nazir Pakistan qüvvələrinin Əfqanıstanın hücumlarına cavab verəcəkləri barədə xəbərdarlıq edib.

İslamabad Kabili Pakistan ərazisində hücumlar həyata keçirən terrorçulara sığınacaq verməkdə ittiham edir. Taliban bu ittihamları rədd edir. Gərginlik Əfqanıstanın xarici işlər nazirinin Hindistana tarixi səfəri fonunda baş verib.

Qeyd edək ki, ötən ay Pakistanla qarşılıqlı müdafiə paktı imzalayan Səudiyyə Ərəbistanı təmkinli olmağa və İslamabad və Kabil arasında gərginliyin qarşısını almağa çağırıb.

Qətər də bəyanat yayaraq, Pakistan-Əfqanıstan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib və hər iki tərəfi "dialoq, diplomatiya və təmkinliliyə üstünlük verməyə" çağırıb.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Əfqanıstanla Pakistan arasında başlanan müharibənin fundamental əsasları var: “Tərəflər məhz uzun illərdir ki, 1893-cü ildə formalaşmış Pakistan Əfqanıstan sərhəd xətti “Duran” xətti adlanıb, Əfqanıstan tərəfi onu qəbul etmir. Çünki puştunların daha çox hissəsi Pakistan ərazisində qalıb və Taliban da, Pakistan da "onların hüquqları uğrunda" dırnaqarası mübarizə aparır. Əfqanıstanda Taliban hakimiyyətə gəlib. Həmid Kərzayi dönəmində də bu problemlər olub”.

Məhəmməd Əsədullazadə

“Rəsmi Kabul “Duran” xəttini tanımır. Arada-sırada tərəflər arasında sərhəd toqquşması baş verir. Xüsusilə, Pakistanla Çin arasında münasibətlər yüksək səviyyədə idi. Amma son vaxtlar Pakistanla ABŞ arasında münasibətlər istiləşir. Pakistanın baş naziri “Ağ Ev”də oldu. Çinin artan geosiyasi mövqeyi ABŞ -ı narahat edirdi və “Taliban”la da, Hindistanla da əməkdaşlıq edirdi.

Bu səbəbdən də “Taliban” da artıq Pakistanı sıxışdırmağa başlayırdı, sərhəd tanımırdı.

Bu səbəbdən də Pakistan hərbi əməliyyatlar keçirdi. Bu, bir növ siyasi toqquşma idi. Pakistanla Əfqanıstan arasında toqquşmalar atta bilər. Yəni burada Çin, Hindistan, ABŞ münaqişəsi gedir və Çin mövqeyini zəiflətmək istiqamətində addımlar atılır. Təbii ki, “Taliban” region üçün həm də əfqan xalqı üçün problemli bir rejimdir və onun zəiflədilməsi istiqamətində də işlər görülür”-deyə Məhəmməd Əsədullazadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Oktyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri