Rusiya və İran kəşfiyyat xidmətləri əməkdaşlığı gücləndirir
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində hər iki ölkənin kəşfiyyat xidmətləri qarşılıqlı fəaliyyət səviyyəsini yüksəldəcək.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan sazişin mətnində deyilir.
Sənəddə deyilir: “Milli təhlükəsizliyi gücləndirmək və ümumi təhdidlərə qarşı çıxmaq məqsədilə razılığa gələn Tərəflərin kəşfiyyat və təhlükəsizlik xidmətləri məlumat və təcrübə mübadiləsi aparacaq və əməkdaşlıq səviyyəsini yüksəldəcək”.
Xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyət ayrıca müqavilələr əsasında həyata keçiriləcək.
Rusiya və İranın kəşfiyyat xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi milli təhlükəsizliyin gücləndirilməsinə və terrorizm, ekstremizm və kütləvi qırğın silahlarının yayılması kimi ümumi təhdidlərə qarşı mübarizəyə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 17 Yanvar 2025 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















