Icma.az
close
up
RU
Rusiya və İran Zəngəzura görə hücum edəcək? Mühüm gəlişmə

Rusiya və İran Zəngəzura görə hücum edəcək? Mühüm gəlişmə

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus Zəngəzur dəhlizinə Rusiya və İran təhdidlərindən danışarkən deyib ki, “dünya Prezident Trampı ciddi qəbul etmək lazım olduğunu bilir və bu razılaşma onun üçün çox vacibdir”. Temmi Bryus hər iki ölkəni dəhlizə mane olmamaqla bağlı təhdid edib.

ABŞ Zəngəzurda mümkün İran-Rusiya təxribatı fonunda hansı addımları ata bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Zəngəzur dəhlizinin açılması məsələsi öz həllini tapıb:

“ABŞ-ın dəstəyi və vasitəçiliyi ilə İrəvan və Bakı ortaq məxrəcə gələ bilib. Bundan sonra geri dönüş çox çətindir. Regionda bu prosesin qarşısını almaq istəyəcək istənilən qüvvə ABŞ-ı qarşısına almış olacaq. Hesab edirəm ki, bu, kifayət qədər önəmli diplomatik addımdır.

İranın kifayət qədər ciddi problemləri var: İsraillə gərginlik davam edir və hər an yenidən alovlana bilər. Yəni belə bir məqamda Tehran Vaşinqtonla gərginlik istəməz. Çünki ehtimal İsrail–İran qarşıdurmasında Tehranın Vaşinqtonla diplomatik təmasları açıq tutmağa ehtiyacı var.

Həmçinin oxuyun:

Ermənistanda gərginlik artır – Dəhliz layihəsi böhrana aparır?

Əli Zülfüqaroğlu 

İran özü də bilir ki, Zəngəzur dəhlizinin açılmasına dair bütün məsələlər həll edilib. Yəni bundan sonra atılacaq hər hansı addımın faydası olmayacaq. Böyük ehtimalla İran çalışır ki, ABŞ-a Zəngəzur üzərindən təzyiqlə İsrail mövzusunda dəstək qazansın. İranın dəhlizlə bağlı açıqlamalarının başqa məntiqli izahı yoxdur. Tehran dəhlizlə bağlı neqativ addıma təşəbbüs edərsə, bu ilk növbədə özü üçün ciddi problemə səbəb olar. İran ABŞ tərəfindən ciddi təzyiqlə üzləşə bilər. Hesab edirəm ki, İran hər hansı problem yaratmaq iqtidarında deyil”.

Politoloq qeyd edib ki, Rusiya Ukrayna müharibəsi ilə bağlı ciddi problemlərlə üzləşir:

“Bununla belə, Tramp Baydendən fərqli olaraq Ukraynaya böyük dəstək göstərmədi, Rusiya ilə danışıqlara başladı. Rusiya özü də çalışır ki, ABŞ-la münasibətləri normallaşdırsın. Alyaskada keçiriləcək görüş məhz bu məqsədə – ikitərəfli münasibətlərin inkişafına xidmət edir. Bu baxımdan Rusiyanın ABŞ-ın maraqlarına qarşı gəlməsi problemlərə səbəb ola bilər. Xüsusilə də Alyaska danışıqlarından sonrakı proseslərə təsir edər.

Nəticə etibarilə nə İran, nə də Rusiyanın ABŞ-a Cənubi Qafqazda ciddi təsir göstərə biləcəyi inandırıcı deyil”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Avqust 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri