Icma.az
close
up
RU
İran Zəngəzura görə hərəkətə keçir: iki istiqamətdən hücum Nələr yaşanır?

İran Zəngəzura görə hərəkətə keçir: iki istiqamətdən hücum Nələr yaşanır?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti Azərbaycan, ABŞ və Ermənistan liderlərinin avqustun 8-də keçirilən Vaşinqton görüşündə imzalanmış Birgə Bəyannamədən danışıb. O, Zəngəzur dəhlizinin “Tramp marşrutu” adı ilə açılmasının İranın maraqlarına zidd olduğunu iddia edib. Vilayəti ərazinin ABŞ-ın icarəsində ola bilməyəcəyini vurğulayıb və regionda təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biri sayılır və bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək”, – deyə Vilayəti bildirib.

İran dəhlizə mane olmaq üçün nələr edə bilər?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu açıqlama Tehran rəhbərliyinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə qarşı sərt mövqeyini açıq şəkildə göstərir:

“Vilayətinin ritorikası həm ABŞ-ın regiondakı roluna, həm də Azərbaycanın Naxçıvana maneəsiz quru yol əldə etmək planına yönəlib. İranın bu layihəyə mane olmaq üçün atacağı addımlar əsasən siyasi, diplomatik və məhdud texniki səviyyədə ola bilər. Tehran ilk növbədə Moskva ilə koordinasiyaya gedərək, layihənin beynəlxalq legitimliyinə kölgə salmaq və onu təhlükəsizlik riski kimi təqdim etməyə çalışa bilər. Eyni zamanda, Ermənistan daxilindəki müəyyən siyasi dairələr və regiondakı İranpərəst media kanalları vasitəsilə antilayihə kampaniyaları gücləndirilə bilər. Həmçinin, İran sərhəd xəttinə əlavə hərbi kontingent yerləşdirərək, simvolik də olsa güc nümayişi göstərə bilər”.

Həmçinin oxuyun:

İrandan Zəngəzurla bağlı absurd iddia – 2023-də nələr yaşanıb?

Züriyə Qarayeva

Politoloq bildirib ki, Azərbaycana birbaşa hərbi təhdid ehtimalı hazırda aşağıdır:

“İranın əsas məqsədi silahlı qarşıdurmaya getməkdən daha çox, diplomatik təzyiq və informasiya müharibəsi vasitəsilə layihənin qarşısını almaqdır. Lakin Tehran bu məsələni geosiyasi “qırmızı xətt” kimi təqdim etdiyi üçün prosesin gedişində gərginlik artarsa, sərhəd boyunca hərbi infrastrukturun gücləndirilməsi və sərhəd insidentləri ehtimaldan kənar deyil.

Ümumilikdə, İranın manevr imkanları məhduddur. Azərbaycan layihəni beynəlxalq tərəfdaşlarla – xüsusən ABŞ və digər “üçüncü tərəflərlə” – reallaşdırdığı halda, Tehranın təzyiqləri ciddi strateji nəticə verməyəcək”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Avqust 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see190

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see183

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see129

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see124

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see123

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see122

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see121

Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərdilər Kurban Berdiyev

08 Noyabr 2025 21:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri