Icma.az
close
up
RU
Rusiya və Ukrayna razılaşmaya yaxındır ŞƏRH EDİLDİ

Rusiya və Ukrayna razılaşmaya yaxındır ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Tramp hələ Alyaska görüşündən sonra demişdi ki, qəti və real addımlar atmaq lazımdır ki, tezliklə Ukraynadakı müharibə dayandırılsın. Tramp, Zelenski və Avropa liderlərinin görüşündə yadda qalan hadisələrdən biri o oldu ki, ilk dəfə olaraq Ağ Evə Avropa liderləri gəlmişdilər. Tramp da bu halın ilk dəfə baş verdiyini xüsusi qeyd etmişdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Onun sözlərinə görə, əsas diqqətçəkən məqam isə Rusiya və Ukrayna arasında münaqişənin bitməsi üçün ciddi fikir birliyinin yaranması oldu. Yəni tərəflər, az da olsa, razılığa gəldilər: "Əsas məsələ budur ki, bu razılaşma hələlik sözdədir, amma nəticəyə yönəlmiş addımlar atılır. Bu günə qədər Putin və Zelenskinin görüşü mümkün deyildi. Zelenski Putinlə görüşməyə qadağa qoymuşdu, Putin isə Zelenskini prezident kimi qəbul etmədiyi üçün görüşmək istəmirdi. Lakin artıq bu görüşə razılıq verildi. Bu, liderlərin görüşü və sonradan ABŞ, Rusiya və Ukrayna prezidentlərinin bir masa arxasında toplaşması üçün ilk real addım hesab olunur.

Baxmayaraq ki, Makron Avropa Birliyinin iştirakı məsələsini irəli sürdü, onun təklifi cavabsız qaldı. Beləliklə, Avropa Rusiya-Ukrayna müharibəsinin həllində masadan kənarda qalır və yalnız təhlükəsizlik məsələlərində iştirak edə bilər.

Digər mühüm məqam isə indiyə qədər Avropa Birliyi, Ukrayna, hətta ABŞ da “əvvəl atəşkəs, sonra danışıqlar” prinsipini müdafiə edirdi. Lakin Tramp açıq şəkildə bildirdi ki, heç bir atəşkəs söhbəti olmamalıdır – müharibə aparılıb və indi birbaşa sülh danışıqları başlanmalıdır. Atəşkəs terminini Rusiya heç cür qəbul etmirdi, buna görə də Tramp bu məsələni gündəmdən çıxardı. Bu, Tramp və Putin arasında olan danışıqların əsas mövzularından biri idi.

İndiyə qədər Ukrayna tərəfi 1991-ci il sərhədlərinə qayıtmaq şərtini irəli sürürdü. Amma artıq Zelenski torpaq müharibəsinə hazır olduğunu göstərdi. Hətta Tramp qəti şəkildə dedi ki, ümumiyyətlə Ukrayna Krımın adını belə çəkməməlidir. Maraqlıdır ki, dünənki görüşdə bütün Avropa Birliyi rəhbərliyi, əsas aparıcı Avropa dövlətləri və hətta Aİ-yə daxil olmayan Böyük Britaniya belə ümumi razılığa gəldilər. Burada əsas məsələ Ukraynanın NATO-ya daxil olmaması idi – bu, Rusiyanın şərtlərindən biri idi və bu şərtə də razılıq verildi. Təhlükəsizlik təminatlarının artırılması üzərində işlərin artıq başladığını Zelenski özü də təsdiqlədi.

Ümid edək ki, 3 ildən artıq davam edən, hər iki tərəfdən çoxlu tələfat və dağıntılara səbəb olan bu müharibəyə son qoyulacaq. Ən böyük itkiləri təbii ki, Ukrayna verib. Münaqişənin bitməsi həm Ukrayna, həm də Rusiya üçün zəruridir. Bu proses Trampın seçki öncəsi verdiyi əsas vədlərdən birinin reallaşması olacaq və onun siyasi uğuru kimi qiymətləndiriləcək. Dünənki proses göstərdi ki, ABŞ bu məsələdə qətidir. Əgər Ukrayna tərəfi bu razılaşmanı pozarsa, ABŞ yalnız silah yardımı dayandırmaqla kifayətlənməyəcək, hətta kəşfiyyat məlumatlarının ötürülməsini də dayandıraraq Kiyevi danışıqları davam etdirməyə məcbur edə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri