Icma.az
close
up
RU
ABŞ və Ukrayna razılaşmaya yaxındır?

ABŞ və Ukrayna razılaşmaya yaxındır?

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tərəflərin nadir torpaq metalları üzrə danışıqların son mərhələsində olduğu bildirilir

Hazırda Ukraynanın yeraltı təbii sərvətlərinin bölüşdürülməsi əsas müzakirə mövzularından biridir. Bu yaxınlarda ABŞ hakimiyyəti Ukraynaya bu ölkənin nadir torpaq metallarının bir hissəsinin ona verilməsini nəzərdə tutan saziş imzalamağı təklif etmişdi. Həmin vaxt Vaşinqton Kiyevə 500 milyard dollarlıq fond yaratmağı təklif etmişdi ki, nadir torpaq ehtiyatlarının satışından gələn gəlirlər məhz oraya yönəldiləcək. Təşəbbüsə görə, ABŞ bu fondda iqtisadi və idarəetmə hüquqlarına malik olacaq. ABŞ Prezidenti Trampın sözlərinə görə, bu yolla Ukrayna Amerikanın ona verdiyi yardımın əvəzini “ödəyəcək”. Bununla bağlı sazişin Münhen Təhlükəsizlik Konfransında imzalanması gözlənilsə də, reallaşmadı.

Zelenski qrantları borc kimi tanımaq istəmir

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın ukraynalılara 100 milyard dollar yardım etdiyini qeyd edib. O bildirib ki, qrantları borc kimi tanımaq fikri yoxdur. Bugünlərdə isə Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişinanın “X” sosial şəbəkəsində yazdığına görə, Ukrayna və Birləşmiş Ştatların mütəxəssisləri nadir torpaq metalları üzrə danışıqların son mərhələsinə qədəm qoyublar. Tərəflər arasında danışıqlar çox konstruktiv olub. Onun sözlərinə görə, danışıqlar zamanı demək olar ki, bütün əsas detallar razılaşdırılıb.

Baş nazirin müavini qeyd edib: “Biz sazişin imzalanmasına hazırlığı davam etdirmək və bunu tez bir zamanda başa çatdırmaq əzmindəyik. Ümidvarıq ki, Birləşmiş Ştatlar və Ukrayna liderləri gələcək onilliklər üçün öhdəliyimizi nümayiş etdirmək məqsədilə Vaşinqtonda bu sənədi ən qısa zamanda imzalayıb təsdiq edəcəklər”.

“Trampla dialoq lazımdır”

Amma Böyük Britaniyanın “Financial Times” qəzetinin məlumat yayıb ki, Ukrayna lideri Zelenski ABŞ-ın maliyyə naziri Skott Bessent ilə görüşdə nadir torpaq metalları ilə bağlı sazişi müzakirə edərkən “çox qəzəbli” olub və tərəflər arasında mübahisə yaranıb. Qəzetin məlumatına görə, Ukrayna lideri razılaşmanı müzakirə edərkən Bessentə qışqırıb. Belə ki, Vaşinqton Kiyevə dəstək üçün xərclənən pulu geri qaytarmaq üçün Ukraynanın nadir torpaq metallarına və ölkənin ən mühüm minerallarına olan hüquqların 50 faizini tələb edir. Zelenski Bessentin ABŞ-la mədənçilik sahəsində “tərəfdaşlığın” Ukraynanın təhlükəsizliyini gücləndirəcəyinə dair iddiasını da rədd edib.

Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında isə demişdi ki, Birləşmiş Ştatlarla borcun on nəsil ukraynalılar tərəfindən ödəniləcəyi barədə müqavilə imzalamayacaq: “Ona görə də ABŞ lideri Donald Trampla dialoq lazımdır. Əgər bu gün ABŞ deyirsə, biz sizə yardım edəcəyik, ancaq siz bunu ABŞ üçün qazancla qaytarmalısınız - bu, razılaşmadır. Bu müqavilə qrant deyil. Bu, yeni razılaşmadır. Mən də dedim ki, belə bir dialoqa hazıram”.

Avropa İttifaqı da Ukraynadan pay istəyir

Belə bir şəraitdə Avropa İttifaqı (Aİ) da Ukraynaya nadir torpaq minerallarının istifadəsi ilə bağlı öz təklifini edib. Bu, ABŞ-ın təklifindən daha sərfəli hesab olunur. Sənaye strategiyası üzrə Avropa komissarı Stefan Sejurne bildirib ki, Avropanın ehtiyac duyduğu 30 kritik mineraldan 21-i qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində Ukrayna tərəfindən təmin edilə bilər. Bununla belə, onun sözlərinə görə, Avropanın təklif etdiyi əlavə dəyər ondan ibarətdir ki, Aİ heç vaxt Kiyevdən əlavə razılaşmalar tələb etməyəcək.

Görünən odur ki, Avropa İttifaqı ABŞ ilə Ukrayna uğrunda mübarizədə geri çəkilmək, yaxud Vaşinqtonun verəcəyi payla razılaşmaq niyyətində deyil. Avropanın Ukraynaya hərbçi göndərmək planını müzakirə etməsi barədə məlumatlar da buradan qaynaqlanır. Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Parisdə keçirilən toplantısında bildirib: “Biz Ukraynanın güc vasitəsilə sülhə layiq olduğunu təsdiqlədik. Müstəqillik, sülh, suverenlik, ərazi bütövlüyünə hörmət edən və təhlükəsizliyə etibarlı təminatları verən dünya istəyirik. Avropa Ukraynaya hərbi yardımın bir hissəsini tamamilə öz üzərinə götürür. Eyni zamanda, Avropada müdafiəmizi gücləndirməliyik”.

Zelenski isə fransalı həmkarı Makronla telefon danışığında Ukrayna və Avropanın təhlükəsizliyi, həmçinin davamlı sülhə nail olmağa kömək edəcək zəmanətlərdən danışıblar. Onlar “kövrək atəşkəs” kimi istənilən həll yolunun yalnız yeni müharibənin başlanğıcı ola biləcəyi qənaətinə gəliblər. Lakin bütün danışıqlara rəğmən nə ABŞ, nə də Avropa İttifaqı Kiyevə əsaslı təhlükəsizlik zəmanəti vermir. Eyni zamanda, Ukrayna NATO-ya üzv qəbul olunmur. Görünən odur ki, hazırda ABŞ və Avropa İttifaqı əsas diqqəti Ukraynanın təbii sərvətlərinə sahib olmağa yönəldib. 

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Fevral 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri