Rusiya Xarici İşlər Nazirliyi: Lavrov və Rubio daimi təmasdadır
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Marko Rubio daimi əlaqə saxlayırlar.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Diplomat bildirib: "Xarici siyasət idarələrinin rəhbərləri daimi təmasdadırlar. Onlar artıq yeddi telefon danışığı aparıblar və fevral ayında Ər-Riyadda şəxsən görüşüblər ".
O əlavə edib ki, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında ünsiyyət Ukrayna və münaqişənin həlli yollarının axtarışı ilə bağlıdır.
S.Ryabkovun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında münasibətlərin bu aspekti, demək olar ki, bütün səviyyələrdə ikitərəfli gündəmdə öz əksini tapıb.
Nazir müavini fikrini belə yekunlaşdırıb: “O ki qaldı... yeni təkbətək görüş məsələsinə, bu, prezidentlərin qərarları və təbii ki, müzakirə olunan mövzuların spesifikliyi və aktuallığı ilə müəyyənləşəcək”.
Baxış sayı:123
Bu xəbər 09 İyun 2025 03:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















