Rusiya XİN: ABŞ la məsləhətləşmələr yaxın gələcəkdə baş tutmalıdır
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov “İzvestiya”ya bildirib ki, Rusiya və ABŞ arasında ikitərəfli münasibətlərdəki “qıcıqlandırıcılar” üzrə məsləhətləşmələrin üçüncü raundu yaxın gələcəkdə baş tutmalıdır.
Mılumatı XQ “İzvestiya.ru”ya istinadən verir.
“Biz düşünürük ki, “qıcıqlandırıcılar” adlandırdığımız kimi, ikitərəfli məsləhətləşmələrin üçüncü raundu yaxın gələcəkdə baş tutmalıdır. Vaxt və yer razılaşdırılmalıdır, biz bunun üzərində işləyəcəyik. Amma Amerika tərəfinin də bu səylərin davam etdirilməsinin zəruriliyini dərk etməsi vacibdir", - o deyib.
Bundan əvvəl Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki “qıcıqlandırıcıların” aradan qaldırılması ilə bağlı məsləhətləşmələri İstanbuldan paytaxtlarına köçürmək barədə ilkin qərar qəbul ediblər. Lakin Vaşinqton Moskvada planlaşdırılan görüşü ləğv edib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 İyun 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















