Icma.az
close
up
RU
Rusiya XIN keçmiş müavini Ermənistandaxili mübarizənin gedişatını şərh edib MÜSAHİBƏ

Rusiya XIN keçmiş müavini Ermənistandaxili mübarizənin gedişatını şərh edib MÜSAHİBƏ

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Andrey Fyodorov: Paşinyan qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün katolikosla siyasi mübarizə aparır

Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991) Andrey Fyodorov “Moskva-Baku” portalına müsahibəsində Ermənistan hakimiyyətinin katolikosu devirmək cəhdləri ətrafında vəziyyəti təhlil edib. Diplomatın müsahibəsini oxucularımıza təqdim edirik.

- Andrey Vladimiroviç, Ermənistanın baş naziri Paşinyan mahiyyət etibarilə bütün ermənilərin katolikosu II Qaregini devirmək sxemini təqdim etdi. Ermənistan Nazirlər Kabinetinin rəhbəri Erməni Apostol Kilsəsinin hazırkı katolikosunun devrilməsinə və yenisinin təyin edilməsinə imkan verəcək yeni nizamnaməsinin qəbul edilməsini təklif edir. Vəziyyəti necə şərh edə bilərsiniz?

- Bu, ilk növbədə Ermənistan daxilində parlament seçkiləri öncəsi siyasi mübarizədir, erməni apostol kilsəsinə qarşı mübarizə deyil. Və bu mübarizə çərçivəsində indiki baş nazir Paşinyan üçün çətin olan xarakterləri, qüvvələri, mövqeləri aradan götürür və ya aradan götürmək məqsədi daşıyır. Mən istisna etmirəm ki, o, bütün ermənilərin katolikosu II Qaregini aradan götürmək üçün əməliyyatı uğurla həyata keçirə bilər, çünki Erməni Apostol Kilsəsində dəyişiklik istəyənlər də var. Lakin Paşinyan hələ də çətin anlar yaşayacaq, çünki kilsə diasporda güclü şəkildə dəstəklənir.

Başa düşmək lazımdır ki, Paşinyan kilsənin əleyhinə getmir, o, katolikosa qarşı gedir və bununla oynayır. O, efirə çıxıb deyir ki, erməni apostol kilsəsinin rəhbəri üzərinə götürdüyü andı pozur, ona görə də kilsədən və Ermənistandan üz döndərən katolikosdur. Və Paşinyanın indi qurduğu və bu layihəni həyata keçirmək niyyətində olduğu “yeni Ermənistan” da yeni kilsə tələb edir. Ona görə də bu, baş nazirin kilsəyə qarşı oyunu deyil, katolikosla fərdi oyundur.

- Katolikos əleyhinə bu addımlarda baş naziri kim dəstəkləyir?

- Əslində bu çox maraqlı məqamdır. Biz istər Ermənistanda, istərsə də başqa yerlərdə katolikoslara dəstək üçün kütləvi etiraz aksiyaları görmədik. Eyni zamanda, Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsinin rəhbərini vəzifəsindən uzaqlaşdırmaq üçün çox düşünülmüş addımlar atmalıdır. Paşinyanın istefaya zəmanəti yoxdur, amma o, fəal şəkildə çalışır. Ermənistandakı Erməni Apostol Kilsəsinin nizamnaməsini dəyişdirmək o qədər də asan deyil. Və bütün bu prosesləri kimin həyata keçirəcəyi ilə bağlı aydın anlayışa malik olmalıyıq. Axı katolikosu şura seçir. Paşinyanın bunu necə edəcəyi sualdır. İndi Paşinyanın bütün hərəkətləri seçkilərdə qalib gəlməyə hesablanıb. Mümkün olan hər şeyi etdiyi tezisini daim müxtəlif istiqamətlərdə təbliğ etməyə çalışır.

Paşinyan Brüsselə gedib, fon der Leyen, Koşta ilə görüşüb, sonra dərhal Parisə gedib. Təbii ki, Aİ, xüsusilə Fransa seçkilərdə onu dəstəkləyəcək. Fransa Aİ daxilində Ermənistana cavabdeh olan əsas ölkədir. Və bu danışıqlar zamanı Paşinyana qarşıdan gələn seçkilərdə Aİ-nin Ermənistana dəstəyinə zəmanət verilib.

Paşinyanın yenidən Ermənistanın baş naziri olacağı ehtimalı yüksəkdir. Lakin katolikosu devirməyin yolu o qədər də sadə deyil. Paşinyan ölkə daxilində vəziyyətə nəzarət etməlidir.

- Bəs Rusiya ilə münasibətləri qorumaq necə? Paşinyan Altaya gəldi...

- Bu tamamilə normaldır. Bu o deməkdir ki, Ermənistanın Rusiyaya “əlvida” deyəcəyi məqam hələ çatmayıb. O, Rusiyadan maksimum istifadə etmək istəyir.

Tərcümə - Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri