Icma.az
close
up
RU
Rusiya XIN sabiq müavini: İran İsrail müharibəsi Cənubi Qafqaza da təhlükə yaradır MÜSAHİBƏ

Rusiya XIN sabiq müavini: İran İsrail müharibəsi Cənubi Qafqaza da təhlükə yaradır MÜSAHİBƏ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov “Moskva-Baku”portalına müsahibəsində İran və İsrail arasında hərbi eskalasiyanı və onun Cənubi Qafqaza mənfi təsir risklərini təhlil edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Andrey Vladimiroviç, dünya əvvəllər də İranla İsrail arasında eskalasiyanın şahidi olub, indiki vəziyyət nə dərəcədə fərqlidir və nə qədər uzağa gedə bilər?

- Fikrimcə, vəziyyət kökündən fərqlidir, əgər əvvəllər bu bir-birinə qarşı daha çox birdəfəlik “çarpışma” idisə, indi raket və digər hərbi potensialdan istifadə etməklə birbaşa hərbi qarşıdurmadan danışırıq. Eyni zamanda, aydındır ki, coğrafiyaya görə İrana qarşı heç bir quru əməliyyatı mümkün deyil və raket zərbələri mübadiləsi, görünür, davam edəcək.

Vəziyyətin inkişafı, digər məsələlərlə yanaşı, son nəticədə İsrailin məhvinin nə dərəcədə kritik olacağından asılı olacaq. İran 90 milyona yaxın əhalisi olan böyük dövlətdir, hər halda yaşayacaq. Əgər İran İsrailin infrastrukturunun tamamilə məhvinə doğru hərəkət edərsə, bu, Təl-Əviv üçün kritik ola bilər. İran üçün xüsusi qırmızı xətlər yoxdur: o, istədiyi kimi hərəkət edə bilər. İran özünü ABŞ tərəfindən aldanmış hiss edir. Və anti-İran qüvvələrinin İranda cəmiyyəti parçalamaq cəhdlərinə baxmayaraq, ölkədə kifayət qədər yüksək konsolidasiya var. Və bu, rejimə istədiyini etməyə imkan verir və nə vaxtsa Hörmüz boğazını bağlamaqla Avropa və ABŞ-ı çətin vəziyyətə salır.

- Doğrudanmı Xəzər regionunda nüvə təhlükəsi riski var?

- Risk var. Vəziyyət gərginləşərsə, Tehran “çirkli” bombadan istifadə edə bilər. Onlar İranın atom elektrik stansiyasına da zərbə vura bilərlər. Əgər anti-İran qüvvələri təsadüfən və ya qəsdən Buşəhrə zərbə endirsələr, bunun sonu Çernobıl kimi olacaq.

- Tramp, bildiyimiz kimi, uzun müddətdir ki, İrana qarşı tərəfsizdir. ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarının və İsrailin Tehrana qarşı əməliyyatına ABŞ-ın birbaşa dəstəyinin məqsədi nədir?

- ABŞ-ın məqsədi İranda rejim dəyişikliyi, ABŞ-la ziddiyyət təşkil etməyəcək bir rejimin qurulmasıdır. Mütləq amerikapərəst olmaq məcburiyyətində deyil, lakin ABŞ, Avropa və İsraillə ziddiyyət təşkil etməməlidir. Amma məncə, bu məqsədə çatmaq çətindir. Əgər bu məqsədə çatmaq istəyirdilərsə, İranda sabitliyi daxildən pozmalı idilər.

Dünyada, ABŞ-da Trampı küncə sıxan güclü İsrail lobbisi var, o, Amerika prezidentini elə vəziyyətə salıb ki, o, artıq hərəkətə keçməyə və kömək etməyə bilməyib. İran, Amerika sistemində tez-tez baş verən kimi, çoxlarına asan şikar kimi görünürdü - indi biz bir dəfə zərbə vuracağıq və hər şey bitəcək, amma heç nə bitməyib. Bəli, ciddi ziyan var, amma kritik deyil. İran zənginləşdirilmiş uran ehtiyatlarını qoruyub saxlayıb. Və istəsə, əvvəlki kimi bu istiqamətdə fəaliyyətini davam etdirə bilər.

- İsrail əməliyyata başlamaya bilməzdimi? Niyə indi buna ehtiyac var idi?

- Bu əməliyyat Netanyahunun ölkə daxilində şəxsi siyasi xilasına xidmət edir, topal ördək yox, öz dövlətinin lideri kimi görünmək məqsədi daşıyır. Axı İrandan dövlətə təhdid kultu İsraildə on illərdir ki, mövcuddur və İrana qarşı istənilən hərəkəti cəmiyyətdəki əhval-ruhiyyə ilə əlaqələndirmək olar.

- Azərbaycanın vəziyyətə münasibəti necədir sizcə?

- Azərbaycan ənənəvi olaraq balans saxlayır və bütün məsələləri diplomatik yollarla həll etməyə çağırır. Azərbaycan Respublikası, gördüyümüz kimi, müxtəlif ölkələrdən olan insanları xilas edərək, tranzit dəhlizi rolunu mükəmməl şəkildə yerinə yetirir. İran və İsrail arasında yeni ciddi eskalasiya şəraitində Azərbaycan regionda təhlükəsizlik məsələsində qeyri-sabitlik, nəqliyyat layihələrinin dondurulması riskləri ilə üz-üzədir, üstəlik, Azərbaycanın qonşusunun ölkə daxilində çox qeyri-sabit İran və ya qərbyönlü rejimin qurulacağı İran olması riski var.

Nəqliyyat layihələrinə gəlincə, Rusiya “Şimal-Cənub” dəhlizində öz payını qoyub, Azərbaycanın Zəngəzur dəhlizinin alternativi İran vasitəsilə tikilməkdədir. Xəzər regionunda qeyri-sabitliyin artması, İranda potensial hakimiyyət dəyişikliyi “Şimal-Cənub” dəhlizinə son qoya bilər.

Məsələn, İran-İsrail eskalasiyası şəraitində Ermənistandan danışsaq, o, nə edəcəyini hələ başa düşə bilmir. Yerevan üçün gələn il keçiriləcək parlament seçkiləri öncəsi daxili çəkişmələr İran və İsrail arasındakı müharibədən qat-qat önəmlidir. Paşinyan daxili düşmənlərlə mübarizə aparmalıdır.

- İranla İsrail arasında vəziyyəti sabitləşdirə biləcək kənar vasitəçi varmı?

- Hazırda yox. İran və ABŞ arasında vəziyyəti sabitləşdirmək üçün daha çox variant var, baxmayaraq ki, bütün bunlar çox mürəkkəbdir, lakin İsraillə - qətiyyən yox. İran İsraillə heç bir sənəd imzalamayacaq, yalnız ABŞ-la, ümumiyyətlə hər kəslə nəsə imzalayar.

- İranın xarici işlər naziri Əraqçi Moskvada Vladimir Putinlə görüşüb. Məqsəd nədir?

- Məqsəd odur ki, Rusiya bütün səviyyələrdə, o cümlədən BMT Təhlükəsizlik Şurasında və s.-də İrana siyasi dəstəyini davam etdirsin. Bu, birincidir. İkincisi, Rusiyanın İranın nüvə infrastrukturunun bərpasında iştirakına zəmanət almaqdır. Üçüncüsü isə Rusiyanın İranın yenidən silahlanmasına yardım etməsi, müasir hava hücumundan müdafiə sisteminin yaradılması və s. Və bu parametrlərdə Moskva gələcəkdə Tehrana kömək edəcək.

- İran-İsrail gündəmindən bir az uzaqlaşacam, amma çox da uzağa yox. Paşinyan bu yaxınlarda Türkiyəyə işgüzar səfər edib. Səfər faktını necə xarakterizə edərdiniz?

- Paşinyana Türkiyə lazımdır. Türkiyə prezidentinin də bir müddət fikir ayrılıqlarını unudaraq Ermənistanın baş nazirinin öz təsir dairəsində olması faydalıdır. İqtisadi məsələlər hər iki tərəf üçün vacibdir. Türkiyə və Ermənistan iqtisadi əlaqələri artırsa, bu, Ermənistan üçün yaxşı olar. Paşinyan taktiki səbəblərdən Türkiyəyə yaxınlaşır. Bəli, Ərdoğan Azərbaycanın ətrafında dolaşmayacaq. Hələlik bunlar Ərdoğan və Paşinyanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması vektorunu bildirən nümayişkaranə “çıxışları”dır.

Tərcümə - Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyun 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri