Icma.az
close
up
RU
Menu

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Zirə autsayderə qarşı

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

Rusiya XİN sabiq müavini: Ermənistan və Qərb çox hiyləgərdir, sazişin mətni çox diqqətlə analiz edilməlidir MÜSAHİBƏ

Rusiya XİN sabiq müavini: Ermənistan və Qərb çox hiyləgərdir, sazişin mətni çox diqqətlə analiz edilməlidir MÜSAHİBƏ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov “Moskva-Baku”ya müsahibəsində Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması perspektivlərini şərh edib. Müsahibəni oxucularımıza təqdim ediirk.

- Andrey Vladimiroviç, Almaniya prezidenti Ştaynmayer Ermənistana səfər etdi və həm Azərbaycanda, həm də Rusiyada suallar doğuran çox şey dedi və etdi. Separatçıların, ləğv edilmiş “DQR”-in bayrağının dərcindən başlayaraq, İrəvanın sülh müqaviləsi üçün çox iş gördüyünü və Bakının bütün bunları qəbul edib tezliklə sülhə imza atmasının vacib olduğu barədə bəyanatla bitir; Ermənistanın “uzun müddətdir davam edən təhlükəsizlik və iqtisadi asılılığını aradan qaldırmaq” (Rusiyanı nəzərdə tutur) üçün cəsarətə ehtiyacı olduğunu və Almaniyanın həm “Dünyanın kəsişməsi”ni, həm də Ermənistanın Aİ ilə yaxınlaşmasını dəstəklədiyi və açıq-aşkar balanssız olan bir çox başqa bəyanatlar var idi. Bundan əlavə, Kaja Kallasın İrəvana səfəri də açıqlanıb...

- Mən artıq bir neçə dəfə qeyd etmişəm ki, Ermənistanın Avropa İttifaqına doğru hərəkəti bu gün daimidir, onu geri qaytarmaq mümkün deyil. Çünki Paşinyanın bütün siyasəti qərbyönlü kurs üzərində qurulub.

Avropa İttifaqı burada əsas rol oynayır, çünki o, bir tərəfdən Ermənistanla sadəcə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır, növbədə, əlbəttə ki, Fransa, ikincisi, Avropa İttifaqı Ermənistandan qarşılıqlı hərəkət görür. Bundan necə yararlana bilməsin? Yəni, bu, Avropa İttifaqının birtərəfli hərəkəti deyil ki, birtəhər bağlı qapını döyüb soruşsun: “uşaqlar, baxın, bəlkə Avropa İttifaqına yaxınlaşasınız”. Xeyr. Avropa İttifaqı aydın görür ki, Ermənistanda uzun müddətdir ki, proses gedir. Müvafiq olaraq, Qərbin iki yolu var: ya proseslə getmək, ya da ona rəhbərlik etmək. Aİ isə liderlik yolunu seçir ki, bunu da indi edir. Növbəti mərhələ Ermənistanda ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendumun keçirilməsidir.

“DQR” bayrağının dərc edilməsi və Ermənistan-Azərbaycan münaqişəsində Ermənistana açıq dəstək verən bəyanatlar Almaniyaya niyə lazım idi? Burada bir sadə şeyi başa düşməliyik: Aİ-nin əsas ölkələrində Ermənistanla bağlı müəyyən konsensus var. Və bu konsensus ondan ibarətdir ki, Ermənistan Respublikası, belə demək mümkünsə, Avropa İttifaqının astanasında olduğu nöqtəyə qədər dəstəklənməlidir. Sadəcə olaraq başqa variant yoxdur. Avropa İttifaqında, dediyim kimi, onlar Ermənistan rəhbərliyinin Avropaya inteqrasiya istəyini, bu prosesə və Ermənistana təsir imkanlarını çox aydın görürlər. Təbii ki, bu, Azərbaycan və Rusiyanın xoşuna gələ bilməz və gələcəkdə də xoşuna gəlməyəcək, çünki Ermənistanla Avropa İttifaqı arasında təmasların həcminin yalnız artacağı tamamilə aydındır. Bu, siyasi reallıqdır. Azərbaycan başa düşməlidir ki, bu reallıqda işləməli olacaq. Bu, Aİ-nin mövqeyini dəyişməyəcək. Düşünürəm ki, Bakıda bunu başa düşürlər və bununla bağlı nə edəcəklərini bilirlər. Belə olan halda Azərbaycan müxtəlif vəziyyətlər üçün bir neçə strategiya variantı hazırlamalıdır. Bakı başa düşür ki, Avropa İttifaqı ilə kəskin münaqişəyə girməyin mənası yoxdur. Lakin Bakı təbii olaraq Avropa İttifaqı ilə münasibətlərini davam etdirəcək və proseslərə baxışını ardıcıl şəkildə izah edəcək.

-Məlumat var ki, Paşinyan Rusiya ilə münasibətləri intensivləşdirməyə göstəriş verib, hansı məqsədlə?

- Paşinyan sadəcə olaraq müxtəlif şəraitdə manevr etməyi bilir, o, çox yaxşı başa düşür ki, Rusiyanı çox qıcıqlandırmaq onun üçün son dərəcə zərərlidir. Bu qıcıq səngiməsə də, xatırladığımız kimi, bu yaxınlarda rəsmi İrəvandan onun KTMT-yə verdiyi töhfələrə görə borclarını ödəmək niyyətində olmadığı və s. açıqlamalar verilib. Yəni, İrəvan bir tərəfdən qərbyönlü yolla gedir, amma sərfəli olmadığına görə Rusiyadan ayrılmaq istəmir.

- Ona görə Paşinyan mayın 9-da Moskvaya gedir?

- 9 May Sovet xalqlarının Qələbə mövzusudur və mən birini digərinə əlaqələndirməzdim. Eyni zamanda, aydındır ki, bu müddət ərzində Moskvaya səfər edən hər kəs öz problemlərini həll etmək üçün səfərdən ikitərəfli təmaslar üçün də istifadə edəcək.

- Belə çıxır ki, Aİ Ermənistanı, o cümlədən Azərbaycanla sülh müqaviləsi imzalamaqda mövqeyini dəstəkləyir. Axı İrəvan bu məsələdə yorğanı açıq-aşkar öz üzərinə çəkir, sülh sazişinin sərhəddə üçüncü dövlət qüvvələrinin yerləşdirilməməsi ilə bağlı bəndinə razılaşıb və yeri gəlmişkən, indi bəyan edir ki, bunun Almaniya nümayəndəsinin rəhbərlik etdiyi Aİ-nin sərhəd missiyasına aidiyyatı yoxdur və bu, nə hərbi, nə də mülki xarakter daşıyır, ona görə də üçüncü dövlət qüvvələrinin müdaxiləsini tapacaqlar. Sərhəddə vəziyyət, indi Ukraynada gördüyümüzlə təxminən eynidir. Bu, Aİ-nin “qeyri-hərbi missiya” strategiyasıdır, Avropa siyasətində buna “çəkindirici qüvvə” deyilir. Bu taktika bütün Avropa siyasətinə uyğun gəlir. Taktika qaynar nöqtələrdə “tutma” anlayışına uyğun mexanizmlər yaratmaqdır. Və təbii ki, Ermənistan Azərbaycanla təmaslarda öz maraqlarını müdafiə edir.

-Aydındır, amma Azərbaycan bütün bunlara elə baxır ki, Ermənistan bu bəndin üçüncü tərəf tərəfindən bəyənilməsinə razılıq verib, indi isə bunu inkar etməyə çalışır. Bayaq dediyiniz kimi, sülh müqaviləsi mümkün qədər aydın və şəffaf olmalıdır və onun bəndlərinin fərqli şərhləri olmamalıdır. Onlar isə artıq İrəvan tərəfdən başlayırlar. Bu isə bir çox məqamlara aiddir, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatının nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı 9-cu bəndinin Qərbin dəstəyi ilə İrəvanın “Dünyanın kəsişməsi” layihəsinə “transformasiyası”...

-Görürsünüzmü, Ermənistan bu məsələdə necə hiyləgərdir. İrəvan Avropa missiyasının hərbi missiya olmadığı fikrini təbliğ etməyə davam edəcək. Aydındır ki, bununla nə Bakı, nə də Moskva razılaşmır. Ermənistan deyir ki, bax, bunlar hərbi qüvvələr deyil, müşahidəçidir. Və belə olan halda həm Azərbaycan, həm də Rusiya üçün arqument tapmaq çətin olacaq.

Yeni şərhlərə və “çevirmələrə” gəlincə- Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9-10 noyabr 2020-ci il tarixli bəyanatı imzalamasından təxminən 4-5 il keçib. Bu müddət ərzində çox şey dəyişib. Təbii ki, İrəvan Ermənistan-Azərbaycan nizamlanmasında öz maraqlarını özünəməxsus şəkildə şərh edəcək və təbliğ edəcək. Hər kəs bunu edəcək.

- Belə çıxır ki, İrəvan həm də Ermənistan-Azərbaycan prosesinin müxtəlif aspektlərinin guya “sabitsizliyindən” mümkün qədər yapışaraq ATƏT-in Minsk Qrupu kimi beynəlxalq institutları mümkün qədər qorumaq istəyir? Bəs Ermənistan Konstitusiyanı dəyişib, Azərbaycana qarşı ərazi iddialarını ondan götürəcəkmi?

- Təbii ki, Ermənistan bunda maraqlıdır. İrəvanın öz maraqları üçün istifadə edə biləcəyi müxtəlif mexanizmlər nə qədər çox olarsa, təbii ki, Ermənistan hakimiyyəti üçün bir o qədər yaxşıdır, xüsusən də çirkli suda balıq tutmağın həmişə asan olduğu çoxtərəfli mexanizmlər.

Hesab edirəm ki, Azərbaycan sülh sazişinin mətnində maksimum şəffaflığa nail olmalıdır. Bəli, Bakı və İrəvan bunu bu yaxınlarda təsdiqlədi, amma aydındır ki, artıq məqamlar inkar olunur. Mətni yenidən yazmaq lazım olsa belə, hər şeyi mümkün qədər hərtərəfli işləməlisiniz.

Ermənistan Konstitusiyanı dəyişəcəkmi? Bu, ölkənin Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı referendumla bağlı olacaq, ancaq paket kimi. Bu, əsas gündəm olacaq. Və bu, Ermənistanın Avropa istəklərini təsbit edən yeni Konstitusiya olacaq. Proses Gürcüstanda olduğu kimi davam edəcək. Və bu avrointeqrasiya gündəmi çərçivəsində İrəvan, necə deyərlər, sakitcə Azərbaycana qarşı ərazi iddialarını Konstitusiyadan çıxara bilər. Amma İrəvanın onları tamamilə yığışdıracağına şübhə edirəm. Əsas qanunda Qarabağla bağlı nə isə pərdələnəcək ki, Ermənistanın istənilən hakimiyyəti gələcəkdə Azərbaycana qarşı ərazi iddialarının qalmasını təmin etmək üçün istifadə edə biləcəyi həmin “pəncərə” bir daha olsun. Deməli, Azərbaycan üçün işlər asan deyil.

Tərcümə - Elçin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see229

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see203

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see200

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see171

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see154

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see150

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see142

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see137

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

21 Noyabr 2025 03:12see131

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see130

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see129

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see126

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see126

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see126

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see125

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see124

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see122

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri