Icma.az
close
up
RU
“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Icma.az, Sherg.az saytına istinadən bildirir.

 Ceren Arslan ilk 30-luğa düşə bilmədi

“Miss Universe 2025” müsabiqəsinin qalibi bəlli olub. Mübahisələrə səbəb olan yarışmada Türkiyəni təmsil edən Ceren Arslan finala çıxa bilməyib və ilk 30-luqda yer almayıb. Müsabiqəni “Aptal” qalmaqalı ilə gündəmə gələn Meksika gözəli Fatima Boş qazanıb. Arslan, “Instagram”da paylaşdığı videoda dəstək verənlərə təşəkkür edib.

Sherg.az xəbər verir ki, bu il Kainat Gözəli Müsabiqəsində Türkiyəni təmsil edən Ceren Arslan yarışmanın ilk günündən etibarən həm gözəlliyi, həm də paylaşımları ilə diqqət çəkib. O, Osmanlı motivləri ilə bəzədilmiş libası ilə yerli və xarici medianın rəğbətini qazanıb.

Türkiyədən gələn böyük dəstəyin ardından 26 yaşlı Ceren Arslan səsvermə nəticələrinə görə dörd kateqoriyanın hər birində birinci olub.

Ceren Arslan səhnədə olduğu anlarda, dəstəkçilərindən birinin əlindəki Türkiyə bayrağını istədiyini, lakin təhlükəsizlik əməkdaşlarının buna icazə vermədiyini göstərən görüntülər ortaya çıxıb.

Ön seçim mərasimində “Miss Universe Tayland” direktorunun Meksika gözəlinə səhnədə qışqırdığı anlar sosial şəbəkələrdə gündəm olub.

“Miss Universe Tayland” təşkilatının rəhbəri Nawat Itsaragrisil, Meksikalı iştirakçı Fatima Boşa yönəltdiyi ifadələr səbəbilə aldığı reaksiyalardan sonra göz yaşları içində üzr istəyib. O, “aptal baş” demədiyini, “zərər verdi” sözünü işlətmək istədiyini iddia edib. Mətbuat konfransında göz yaşlarını saxlaya bilməyən direktor özünə təzyiq göstərildiyini bildirib.

Qalmaqalların bitmədiyi, şübhə doğuran “Miss Universe 2025” müsabiqəsində Türkiyəni təmsil edən Ceren Arslan ilk 30-luğa düşə bilməyib. Siyahı açıqlanandan sonra sosial mediada böyük etiraz dalğası yaranıb.

İstifadəçilər, ilk 30-luqda yer alan ölkələri gördükdən sonra nəticəni şübhəli və siyasi xarakterli adlandıraraq sərt tənqid ediblər.

İlk 30-luqda yer alan ölkələr:

Çin, Tayland, Braziliya, Ruanda, Fil Dişi Sahili, Kolumbiya, Dominikan Respublikası, Banqladeş, Kuba, Yaponiya, Puerto Riko, Niderland, ABŞ, Hindistan, Meksika, Filippin, Zimbabve, Kosta Rika, Malta, Xorvatiya, Kanada, Çili, Qvatemala, Fələstin, Nikaraqua, Fransa, Paraqvay, Miss Universe Latina, Venesuela, Qvadelupa.

Müsabiqədə ikinci yeri ev sahibi Taylandın gözəli Praveenar Singh, üçüncü yeri venesuelalı Stephany Abasali, dördüncü yeri filippinli Ahtisa Manalo, beşinci yeri isə Fil Dişi Sahilindən Olivia Yace tutub.

Finala çıxa bilməyən Ceren Arslan qalmaqallı nəticənin ardından Instagram hesabında paylaşdığı videoda ona dəstək verən hər kəsə təşəkkür edib.

Arslan belə deyib:

“Çox çalışdıq, çox əziyyət verdik və buna görə bu videonu xüsusilə çəkmək istədim. Türkiyədə görüşərik. Hər şey üçün çox təşəkkür edirəm. Sizləri çox sevirəm. Əlimdən gələni etdim. Verdiyiniz dəstək və zəhmət üçün haqqınızı halal edin.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:327
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri