Icma.az
close
up
RU
Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması, bundan əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı eyni qərarın verilməsi bir sıra məsələləri gündəmə gətirib.

Ev dustaqlığı qətimkan tədbiri nəyi ehtiva edir? Bu şəxslərə hansı hərəkətlərə icazə verilir və hansı məhdudiyyətlər tətbiq olunur? Onlar hansı hallarda həbs oluna və ya bəraət ala bilərlər? Bu prosesin hüquqi şərtləri nələrdir?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, ev dustaqlığı qətimkan tədbirinin tətbiqi və onun şərtləri Cinayət Prosessual Məcəlləsində açıq şəkildə göstərilib.

O qeyd edib ki, sözügedən qanunun 163-cü maddəsinə əsasən, ev dustaqlığı şəxsin həbsdə saxlanılmadan, cəmiyyətdən tam təcrid olunmadan, lakin müəyyən hüquqlarının məhdudlaşdırılması ilə müşahidə olunan qətimkan tədbiridir:

“Ev dustaqlığı zamanı şəxsə bir sıra məhdudiyyətlər tətbiq edilir. Bu, məhkəmə tərəfindən müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və ya müdafiə tərəfinin vəsatəti əsasında seçilə bilər. Həmçinin belə tədbir həbs qətimkan tədbirinə alternativ olaraq da tətbiq oluna bilər”.

Ramil Süleymanov

Vəkil bildirib ki, ev dustaqlığı seçildikdə məhkəmə şəxsə müəyyən vəzifələr müəyyən edir və onlar mütləq icra olunmalıdır:

“Bu vəzifələrə daxildir: Yaşayış yerini tamamilə və ya günün müəyyən saatlarında tərk etməmək; məhkəmənin nəzarəti üçün üzərində elektron nəzarət vasitəsi gəzdirmək, həmin vasitənin texniki işləkliyini təmin etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarından kənara çıxmamaq; məhkəmənin icazəsi olmadan yaşayış yerini tərk etməmək və ya daimi yaşayış yerini dəyişməmək.

Məhkəmə zəruri hesab etdikdə şəxsin üzərinə əlavə vəzifələr də qoya bilər. Bunlara, məsələn, kütləvi tədbirlərdə iştirak etməmək və ya müəyyən prosesual tələblərə əməl etmək kimi öhdəliklər daxildir. Qətimkan tədbiri qüvbvədə olduğu müddətdə bütün bu vəzifələr şəxsin təqsiri ilə pozulmamalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri