Icma.az
close
up
RU
Rusiya ya qatildir, ya yox… SEÇİM MOSKVANINDIR

Rusiya ya qatildir, ya yox… SEÇİM MOSKVANINDIR

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Rusiya Federasiyası Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsini vurduğuna görə üzr istəməkdikcə dəhşətli bir faktı etiraf etmiş olur:

Təyyarəni bilərəkdən vurub!

Niyə belə düşünürəm? Ona görə ki, üzrü adətən qəsdən etmədiyin bir hərəkətə görə istəyirsən. Təsadüfən çiyninlə kiməsə toxunursan, ayağını tapdayırsan, kiminsə üstünə nəsə dağıdırsan və s. -bax bu qəbildən nəsə baş verəndə “bağışla!”, deyirsən, üzr istəyirsən. Bilmədən etmisən, səhv etmisən! Özündə olmamısan! Fikirli olmusan! Amma üzr istəmirsənsə, deməli qəsdin əvvəldən bu olub. Bunu etmək istəmisən! Beləliklə: Rusiya üzr istəmir: deməli Azərbaycanın təyyarəsini (özü də sərnişin təyyarəsini!) qəsdən vurub! Hansı məqsədlə? Yəqin dövlət suverenliyini tam təmin, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın, milli qürurunun ən uca məqamında qərar tutmuş qalib azərbaycanlının ruhunu qırmaq, gözünü qorxutmaq məqsədilə!? Yəqin uzun illər, arxasında dayandığı, ayaqda saxladığı ənənəvi dostunun, Qafqazda darğa kimi saxladığı Ermənistanın aşkar hərbi, siyasi, mənəvi kapitulyasiyasının ardınca indi də bütün dünyada lobbili-mobbili, diasporlu-miasporlu məğlubiyyətini qəbul edə bilmir?! Ermənistan barışsa da, Rusiya barışa bilmir!?! Yeni reallıqla, özünün yeni vəziyyəti ilə barışa bilmir!
Ona görə üzr istəmir! Təyyarəni vuran hərbçiləri cəzalandırmır, ona görə ki, özü əmr edib! Öldürülənlərə təzminat vermir, ona görə ki, öldürənlərə mükafat verib! Üzr istənilmədikcə daha aydın görünür ki, Rusiyanın hədəfi mülki Azərbaycandır: Ukraynada SOCAR-ı vuranda da.
Rusiyanın hədəfi mülki azərbaycanlıdır:
Yekaterinburqda, Voronejdə, Piterdə də.
Bütün Rusiya boyunca. Soydaşlarımızın həbsi əslində həbs deyil, girov götürməkdir. Texnologiya terrorçulara xasdır. Mahiyyət eynidir: girov götürüb pul tələb edir! Amma burda da fərq var: Kriminal Rusiya pulu alandan sonra da girovunu azad etmir! Bu isə yalnız Rusiyaya məxsus eksklüzivdir.
Moskva Bakıya-Qafqaza BRİKS-də əngəl olur.
Moskva Bakıya-Qafqaza ŞƏT-də əngəl olur. Baxmayaraq ki, bu yolla özünə də atəş açır. Çünki Qafqazda Rusiya da var.
Amma Azərbaycandan öyrənə də bilərdi. Təkcə 2020-ci ildə baş vermiş təyyarə hadisəsində Bakının davranışından yox. Başqa nümunələr də var. Bakı elə bu günlərdə hələ də- (çünki sülh sazişi imzalnmayıb), rəsmən düşmən sayılan ölkənin Baş nazirinin təyyarəsinin Azərbaycanın hava məkanı üzərindən xaricə uçuşuna təminat verdi. N. Paşinyan uçdu və eyni yolla da geri qayıtdı.
Bəs Rusiya?…
… Rusiya Bakı-Qroznı təyyarəsini vurmaqla artıq öz beynəlxalq etibarının da bortunu dəlik-deşik edib. İndi daha fərq etməz, səmada istənilən təyyarədəki (məsələn, bu günlərdə Ursula Fon der Lyayen
uçan təyyarədə də problem yaranmışdı) nasazlığın səbəbini dünya Moskvada axtarır. Və axtaracaq! Nə qədər ki, Moskva Bakı-Qroznı reysində öldürülənlərin qatilini və ya kollektiv qatilini cəzalandırmayıb!
Nə qədər ki, Rusiya faciəyə görə xalaxətrin qalmasın yox, törətdiyi dəhşətli əmələ görə bütün məsuliyyətilə üzr istəməyib! Nə qədər ki, kompensasiya ödəməyib!!!
Bunlar baş vermədikcə, Bakı-Qroznı təyyarəsi qətlə yetirilmiş sayılacaq!

Rusiya üzr istəmədikcə, qatili (qatilləri!) cəzalandırmadıqca, özü qatil olacaq!

Mirşahin Ağayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Sentyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri