Icma.az
close
up
RU
Rusiya yalvarmağa başladı: Tramp Moskvanın göz yaşlarına inanacaqmı?

Rusiya yalvarmağa başladı: Tramp Moskvanın göz yaşlarına inanacaqmı?

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ardınca Prezident Putinin köməkçisi və mətbuat katibi Dmitri Peskov da ABŞ Prezidenti Donald Trampa müraciət edərək Ukraynadakı hərbi münaqişənin həlli ilə bağlı Kreml ilə təmasları bərpa etməsini xahiş edib. “Biz səmimi olaraq ümid edirik ki, Prezident Tramp hələ də Ukrayna probleminin siyasi və diplomatik yolla həllinə yardım etməyə hazırdır”, - o deyib.

Bakupost.az xəbər verir ki, barədə politoloq Xaqani Cəfərli qeyd edib.

“Peskov ABŞ və Rusiyanı nəzərdə tutaraq “tərəflər üçün çox parlaq üfüqlərin açıldığını”, mövcud vəziyyətin “vaxt itirməyə, pul itirməyə, mənfəət itirməyə” gətirib çıxardığını bildirib.

Rusiyanın xarici işlər naziri, “kədərli at” ayamalı Sergey Lavrov özü isə “Corriere della Sera” nəşrinə müsahibəsində Budapeştdə planlaşdırılan sammitin Donald Tramp tərəfindən təxirə salınmasının səbəbini ABŞ prezidentinə verilən “məqsədyönlü hesabat”la izah etməyə çalışıb.

Lavrov bu hesabatın kimin tərəfindən hazırlandığını bilmədiklərini, lakin liderlərin sammitinin məhz bu hesabata görə baş tutmadığını bəyan edib. Lavrov Rusiyanın "danışıqlara hazır olmadığı" və Alyaskada əldə edilmiş razılaşmaları "pozduğu" iddialarını rədd edərək Moskvanın danışıqlara hazır, əldə olunan anlaşmalara da sadiq olduğunu vurğulayıb.

Lavrov və Peskovun simasında “timsahın göz yaşları” tökməsi səbəbsiz deyil. “Rosneft” və “Lukoyl” neft şirkətlərinə qarşı sanksiyaların qüvvəyə minəcəyi 21 noyabra sayılı günlər qalıb. ABŞ Prezidenti Donald Trampın Putinlə danışqılardan imtina edərək “Rosneft” və “Lukoyl” neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi Rusiyanın iqtisadi boğulmasını sürətləndirib.

“Rosneft” və “Lukoyl”a qarşı sanksiyalardan sonra Rusiyanın beş böyük neft şirkətinin 4-ünün dünya bazarlarına çıxışı çətinləşib ki, bu da Rusiyanın əsas ticarət tərəfdaşlarını narahat edib. Rusiya neftinin əsas alıcıları Çin, Hindistan, Türkiyə, Braziliya və Macarıstan kimi ölkələr də çətinliklərlə üzləşiblər.

Macarıstanın baş naziri Viktor Orban Vaşinqtona səfər edərək Rusiya neftindən imtina üçün qısa müddət güzəşt edilməsi üçün ABŞ-dan 600 milyon dollarlıq sığılmış qaz almağa razı olub. Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda apardığı danışıqlarda ölkəsinə müəyyən müddət güzəşt edilməsini xahiş edib. Çin və Hindistan sürətlə Rusiya neftin imtina edərək alternativ mənbələrə üz tutmağa başlayıblar.

Rusiyanın enerji bazarlarından çıxarılıb atılmasından məharətlə istifadə edən Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd bin Salman yaranmış vəziyyətdən maksimum istifadə etməyə çalışır. Buna görə Səudiyyə Ərəbistanının neft nəhəngi “Saudi Aramco” şirkəti Çin və Hindistana endirimli qiymətlərlə neft təklif etməyə başlayıb.

Dizayn edilməkdə olan enerji bazarlarından çıxarılan ölkə edam qərarı çıxarılan məhkuma bənzəyir. “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalardan sonra Moskvada bunu başa düşməyə başlayıblar. Ona görə də Rusiyanın yalvarışları başlayıb”, - o qeyd edib.

Asena,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Noyabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri