Rusiya yaxasını kənara çəkə bilməz
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İyunun 5-də Azov dənizinin Taqanroq körfəzində göyərtəsində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olan “Natra” və “Circon” adlı xarici yük gəmilərinin pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalması nəticəsində dənizçilərdən bir neçəsinin həyatını itirməsinin günahkarı kimdir: Rusiya, yoxsa Ukrayna?
Maraqlıdır ki, Rusiya da tez-tez PUA-lardan istifadə etməsinə baxmayaraq, baş vermiş bu faciəli hadisədə nədənsə, məhz Ukrayna tərəfini günahlandırır. Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bu gün Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumu (BİF) çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azov dənizində yük gəmilərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların arxasında Ukrayna hakimiyyəti dayanır.
Bu da o deməkdir ki, Rusiya heç bir araşdırma aparılmadan Ukraynanı təqsirləndirir. Əsl həqiqətdə isə, bu hadisədə Ukrayna ilə yanaşı, Rusiyanın da üzərinə birbaşa məsuliyyət düşür. Çünki artıq 5-ci ildir ki, məhz Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində Qara və Azov dənizlərində yük daşımaları üçün ciddi təhlükəli vəziyyət davam edir.
Digər bir məqam isə Rusiya tərəfinin oğurladığı taxıl məhsullarını daşıyan gəmilərin Ukrayna ordusunun hədəfinə çevrilməsidir. Ukrayna tərəfi gəmilərə dron zərbələri endirməklə Rusiyanın oğurladığı malların başqa ölkələrə ixrac olunmasının qarşısını almağa çalışır. Nəticədə isə gəmilərin ekipaj üzvləri tez-tez həyati risklə üzləşməli olurlar. Odur ki, yaranmış hazırkı kritik durumda Rusiya tərəfi öz yaxasını kənara çəkə bilməz.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Bu mövzuda digər xəbərlər:Ermənistan sülh prosesindən yaxasını kənara çəkə bilməyəcək
30 Noyabr 2024 12:09
Qarlı havada artan qəzalar: Sığorta şirkəti “yaxasını kənara çəkə” bilər? AÇIQLAMA
28 Fevral 2025 16:18
Mirzə Ələkbər Sabirin nəvəsi: “Bu problemdən heç kəs özünü kənara çəkə bilməz”
06 Sentyabr 2025 13:18
Badamdardan Əhmədliyə avar çəkə çəkə üzüb gedirlər
17 Aprel 2025 15:47
Santuş: “Heç nə bizi yolumuzdan geri çəkə bilməz”
08 Noyabr 2024 12:43
Baxış sayı:112
Bu xəbər 07 İyun 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















