Icma.az
close
up
RU
Santuş: “Heç nə bizi yolumuzdan geri çəkə bilməz”

Santuş: “Heç nə bizi yolumuzdan geri çəkə bilməz”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı təşkil edilib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Mehdi Cənnətovun heyətdə olmaması nə ilə bağlıdır?
– Texniki qərardır. Onunla şəxsi hansısa problemim yoxdur. Son oyunlardakı çıxışını bəyənmədim və başqa qapıçılara şans verməyi düşündüm.

– Mahir Emreli Estoniya ilə oyunda olmayacaq, Renat Dadaşov da zədəlidir. Hücumdakı problemi necə aradan qaldıracaqsınız?
– Həmişə çıxış yolu tapılmalıdır. Əlimizdə olan materiallardan istifadə edərək durumdan çıxmağa çalışacağıq. Bəzi oyunçular bu potensialdadır. Qarşıdakı məşqlərdə oyunçuları yoxlayacağıq və kimlərə şans verəcəyimizi biləcəyik.

– Millətlər Liqasında ciddi uğur mümkün deyil. Olmazdı ki, gələcəyə bağlı gənclərə üstünlük verəsiz?
– Biz də onu etməyə çalışırıq. Bu heyətin yaş ortalaması 25-dir. Daha iki gənc oyunçuya dəvət göndərmişik. Uşaqları sınaqdankeçirəcəyik və baxacağıq ki, hansılar bizə gələcəkdə kömək edə bilər. Əlbəttə, gənclərin yanında təcrübəli oyunçular da olmalıdır ki, inkişaf edə bilsinlər

– Arif Əsədovun gedişindən sonra demişdiz ki, yerli köməkçi məşqçi gətirəcəksiz. Ancaq bu təyinat baş tutmayıb. Hətta mediada yayılan xəbərlərə görə, Kamran Ağayevi də komandadan kənarda saxlayırsız…
– Xeyr, bu düzgün xəbər deyil. Sabah Kamran Ağayev bizimlə olacaq. Birinci suala gəldikdə, işlər gedir. Qarşıdakı toplanışlarda baxacağıq ki, hansı məşqçini korpusumuza daxil edə bilərik. Heç də asan deyil. Çox çətindir. Köməkçi işi elədir ki, baş məşqçiyə həqiqətən köməyi dəyməlidir. Bunun üzərində AFFA ilə bərabər işlər gedir.

– Qəbələ dağlıq ərazidir. Futbolçuların tənəffüslə bağlı problemləri ola bilər. Buranın iqlimindən xəbərdarsınız?
– Futbolçular hər şəraitə uyğunlaşmalıdır. Nəyisə bəhanə etmək olmaz. Çoxlu bəhanələr ola bilər – dağlıq ərazi, yağışlı hava və s. İstək olduğu zaman sadaladağım amillər ikinci planda qalır.

– “Araz-Naxçıvan”ın futbolçusu Mustafa Əhmədzadəni heyətə dəvət etmisiniz. Onda sizi cəlb edən nə oldu?
– Oyununu gördüm və məni cəlb etdi. İşimizin bir hissəsi də Premyer Liqa oyunlarına baxmaq, oyunçuları görməkdir. Mustafa həm mənim, həm digər məşqçilərin diqqətini cəlb etdi.

– Amin Seydiyev əvvəlki oyunlarda heyətdən kənarda qalmışdı. Ancaq indi onu milliyə dəvət etdiniz. Bu müddətdə Seydiyev inkişaf edib?
– Bundan iki toplanış öncə Seydiyevi çağırmışdım. Ondan sonrakı toplanışlarda millinin heyətinə cəlb olunmadı. Çünki həmin mövqedə başqa cinah oyunçularına şans vermək istədim. Qeyd etdiyim ki, oyunlara gedir, izləyirik. Bəzi oyunçuların çıxışı bizi cəlb edir. İndi də dəvət alması texniki qərardır. Əvvəl çağırılmaması o demək deyil ki, onunla şəxsi problemimiz var.

– Növbəti iki oyunda da məğlubiyyətlər olsa, bunu necə qarşılayacaqsız?
– Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bir şeyi vurğulamaq lazımdır ki, yeni layihənin başlanğıcındayıq. İş gedir. Hamılıqla bərabər bunun üzərində çalışırıq. Heç nə bizi tutduğumuz yoldan geri çəkə bilməz.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri