Rusiyada ayı turisti meşəyə sürüyüb parçaladı
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Altay Respublikasının Artıbaş kəndində ayı turistlərin çadırına hücum edərək bir qızı meşəyə sürüyüb aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS regionun təcili xidmət orqanlarına istinadən məlumat yayıb.
Hadisə nəticəsində turist qız həlak olub.
Qurumların məlumatına görə, hadisə baş verən turistik bazada istirahət edənlər çadırda gecələyirlər. Yırtıcı meşəyə sürüyüb apardığı qadının yuxarı və aşağı ətraflarını yeyib, cəsədini isə basdırıb.
Yerli sakinlər hadisəyə müdaxilə etməyə çalışsalar da, ayının hücumundan sonra geri çəkilmək məcburiyyətində qalıblar. Rusiya Daxili İşlər Nazirliyinin Altay Respublikası üzrə Baş İdarəsi həlak olanın 29 yaşında olduğunu təsdiqləyib.
Hazırda heyvanla bağlı hansı tədbirlərin görüləcəyi müzakirə edilir. Mütəxəssislər ayı ilə qarşılaşarkən sakit qalmağı və kəskin hərəkətlər etməməyi tövsiyə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 19 Avqust 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















