Rusiyada ayı balıqçını parçaladı
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Kamçatka diyarında bir nəfərin ölümünə səbəb olan ayı hadisə yerindəcə zərərsizləşdirilib. Bədbəxt hadisə Ust-Bolşeretsk rayonuna tabe olan Ozernovski qəsəbəsinin yaxınlığında baş verib.
Lent.az xəbər verir ki, bu barədə regional hökumət rəsmi saytında məlumat yayıb.
"Hadisə ilə bağlı şahidlərdən məlumat daxil olub. Dərhal operativ reaksiya qrupu hazır vəziyyətə gətirilib. Hadisə yerinə gələn polis əməkdaşları və könüllü ovçu ayını həlak olmuş balıqçının meyiti üzərində aşkar ediblər. İnsan həyatına birbaşa təhlükə yaratdığı və yırtıcının hərəkətlərinin qarşısının alınması zərurəti olduğu üçün ayı məhv edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə gələrək zərərçəkənin ölümünü təsdiqləyib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu, cari ildə Rusiyada yırtıcının insana hücum etdiyi ilk belə haldır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 16 İyun 2026 05:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















