Icma.az
close
up
RU
Rusiyada azərbaycanlılara qarşı təzyiqlər millətçilik və dini ayrıseçkilik nümunəsidir POLİTOLOQ ŞƏRH ETDİ

Rusiyada azərbaycanlılara qarşı təzyiqlər millətçilik və dini ayrıseçkilik nümunəsidir POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Rusiyada azərbaycanlılara qarşı aparılan təzyiq kampaniyaları və diskriminasiya halları yalnız fərdi zorakılıq və sosial gərginlik kimi qiymətləndirilməməlidir. Son illərdə müəyyən hallarda azərbaycanlı icmasına qarşı sistemli təzyiqlərin müşahidə olunması həm milli, həm də dini ayrıseçkilik elementlərini ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, bu tendensiyalar sadəcə sosial stereotiplərin təsiri deyil, eyni zamanda millətçilik və islamofobiya ilə əlaqədar ideoloji motivlər daşıyır və insanların fundamental hüquqlarının pozulması kimi qiymətləndirilə bilər: "Belə proseslər cəmiyyətlərarası münasibətlərdə gərginliyin artmasına, diaspor icmalarının özünü təcrid etməsinə və sosial inteqrasiyanın zəifləməsinə səbəb olur. Azərbaycanlılar Rusiyada iqtisadi və sosial fəaliyyət göstərmək istəsələr də, bəzən milli və dini mənsubiyyətlərinə görə diskriminasiyaya məruz qalırlar. Bu, yalnız fərdi zorakılıq deyil, müəyyən hallarda sistemli yanaşmanın nəticəsi kimi görünür. Bunun beynəlxalq hüquqi və siyasi aspektləri də mövcuddur. Milli və dini ayrıseçkilik hallarına qarşı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş normalar və konvensiyalar var. Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin sistemli xarakter alması, dövlət və cəmiyyət səviyyəsində ciddi qiymətləndirilərək adekvat diplomatik və hüquqi tədbirlərin görülməsini tələb edir.

Bu halları Hitlerin ideyalarına bənzətmək mümkündür. Hitlerin dövründə etnik və dini ayrıseçkilik ideologiyası dövlət səviyyəsində dəstəklənirdi. Hazırkı vəziyyət birbaşa həmin dövr ilə müqayisə edilməsə də, müəyyən simvolik oxşarlıqlar – millətçilik və dini düşmənçilik motivləri aydın görünür. Belə halların qarşısını almaq üçün beynəlxalq hüquqi mexanizmlərdən istifadə edilməli, dövlətlərarası dialoq və diplomatik tədbirlər gücləndirilməlidir. Azərbaycan hökuməti və diaspor təşkilatları məsələni diqqətdə saxlamalı, hüquqi və diplomatik yollarla öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. Bu, həm də Rusiyada yaşayan digər etnik və dini qruplar üçün precedens rolunu oynaya bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri