Icma.az
close
up
RU
Rusiyada barıt və mərmi zavodunda dəhşətli partlayış Ekspert nəticələri şərh edir

Rusiyada barıt və mərmi zavodunda dəhşətli partlayış Ekspert nəticələri şərh edir

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Ryazan vilayətində Rusiyanın "Elastik” barıt və mərmi zavodunda baş verən partlayış nəticəsində təxminən 300 ton artilleriya mərmiləri üçün nəzərdə tutulmuş barıt və 600 ədəd 152-mm-lik mərmi məhv olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Militarnıy” nəşri "DniproOSINT”ə istinadən yazır.

Qeyd olunur ki, hadisənin dəqiq səbəbləri hələ müəyyən edilməyib, ilkin versiya kimi texnoloji prosesin pozulması nəzərdən keçirilir.

2025-ci il avqustun 15-də barıt sexində baş verən partlayış nəticəsində 28 nəfər həlak olub, yüz əllidən çox insan isə yaralanıb.

ASTRA məlumatına görə, ekspertiza 28 nəfərin ölümünü təsdiqləyib, digər cəsədlərin şəxsiyyəti müəyyənləşdirilir.

"Detonasiya baş verəndən sonra genişmiqyaslı yanğın başladı və bu, daha üç binaya yayıldı. Onlardan biri trotil ilə doldurulmuş mərmilərin anbarı, digəri isə istehsalatın ikinci sexi idi. Həmin sex ağır artilleriya sistemlərində – haubitsalarda, toplarda və özüyeriyən qurğularda istifadə olunan 152-mm artilleriya mərmilərinin istehsalı üzrə ixtisaslaşmışdı”, – məlumatda deyilir.

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin həmtəsisçisi və icraçı direktoru Dmitri Jmaylo telemarafon efirində bildirib ki, peyk şəkillərinə əsasən, bu müəssisənin bərpası uzun zaman alacaq.

"2025-ci ildə Rusiya ordusu orta hesabla gündə 20–27 min mərmi istifadə edir. 300 ton barıtdan, nəzərə alsaq ki, zavodda əsasən Rusiya ordusunun istifadə etdiyi 152-mm-lik mərmilər istehsal olunurdu, təxminən 35–40 min mərmi hazırlamaq olar. Orta hesabla bir mərmi üçün 7 kiloqram 600 qram barıt tələb olunur”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, Ukrayna üçün indi sadəcə barıt və mərmilərin məhv edilməsi yox, istehsalın bloklanması daha önəmlidir.

"Yəni, bu müəssisənin gücünü nəzərə alsaq, o, Rusiya Federasiyasının sursat istehsalı sistemində əsas müəssisələrdən biridir. Onun fəaliyyətsiz qalması RF üçün ciddi zəifləmə deməkdir. Mən demirəm ki, onlar dərhal mərmi qıtlığını hiss edəcəklər, amma zavodun dayanması Rusiya ordusunun döyüş fəaliyyətlərinin xarakterinə təsir edəcək. Çox güman ki, onlar ‘Şahed’ tipli dronların və optik lifli FPV dronların istehsalını artıracaqlar”, – deyə Jmaylo vurğulayıb.

Onun sözlərinə görə, RF ildə 1,3 milyon mərmi istehsal edir ki, bu da onların Ukraynada bu tip silahlardan istifadə üzrə sutkalıq normasına uyğundur.

Qeyd edək ki, 2021-ci ildə də həmin zavodda partlayış olmuş və nəticədə 17 nəfər həlak olmuşdu.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Avqust 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri