Rusiyada böyük neft anbarı, Krımda İES lər dağıdıldı
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna dron zərbələri ilə Rusiyanın Krasnodar əyalətindəki Poltava neft bazasında böyük yanğına səbəb olub.
Turkustan.az xəbər verir ki, məlumatı Krasnoarmeyski rayonunun rəhbəri Aleksandr Xaritonov təsdiqləyib: "Poltava neft bazasında PUA-nın qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Hadisə yerində təcili və əməliyyat xidmətləri işləyir".
Kuban regional əməliyyat qrupu ilkin məlumata görə, itki olmadığını elan edib.
Ukrayna mənbələri həmçinin Krımda böyük partlayışlar olduğuna dair məlumat yayıb. Pervomayski, Krasnoperekopski və Simferopolski rayonları, Simferopolun özü, Sevastopol, Yevpatoriya və Yalta və digər ərazilərdə partlayışlar, ardınca isə elektrik kəsintiləri qeydə alınıb.
Tavriki və Balaklava İstilik Elektrik Stansiyaları yenidən atəşə tutulub və genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Məsələn, Yalta bir müddət tam blekaut yaşayıb. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 25 İyun 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















