Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Novoçeboksarsk (Çuvaşiya) şəhərində avtomobilin Sivil çayına düşməsi nəticəsində həlak olan beş nəfərin meyiti tapılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Hadisə yerinə baxış zamanı daha iki nəfərin cəsədi tapılıb, onlar FHN xilasediciləri tərəfindən sudan çıxarılıb. Həlak olan hər beş nəfərin şəxsiyyəti müəyyənləşdirilib", - qurumdan bildirilib.
İstintaqın məlumatına görə, noyabrın 6-sı axşam saatlarında içərisində üç kişi və iki qızın olduğu avtomobil Sivil çayına düşüb.
Çuvaşiya prokurorluğundan bildiriblər ki, bir qrup yerli sakin avtomobillə getdikdən sonra onlarla əlaqə kəsilib. Qohumları onların axtarışa verilməsi ilə bağlı polisə ərizə ilə müraciət ediblər.
Hadisə yerində çay kənarındakı uçuruma aparan avtomobil izləri aşkarlanıb.
Baş vermiş hadisə faktı üzrə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.
Müstəntiqlər hadisə yerinə baxışı davam etdirir, şahidləri dindirirlər. Məhkəmə-tibbi ekspertizalar təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 08 Noyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















