Rusiyada dron zavodunun direktoruna sui qəsd edilib
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Rusiyanın Sverdlovsk vilayətində FPV tipli "Upır" pilotsuz uçuş aparatlarını istehsal edən müəssisənin rəhbəri Vladimir Tkaçuka qarşı sui-qəsd həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə 66.RU portalı fövqəladə xidmətlərdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Yekaterinburq yaxınlığındakı Böyük İstok qəsəbəsində baş verib. Vladimir Tkaçukun olduğu “Mercedes” markalı avtomobil partladılıb.
Partlayış nəticəsində bir nəfər xəsarət alıb. Mənbələrin bildirdiyinə görə, ağır vəziyyətdə olan Vladimir Tkaçuk reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata əsasən, istintaq orqanları ümumi təhlükəli üsulla törədilmiş qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Vladimir Tkaçuk "Uraldronzavod"un baş direktorudur. Müəssisə Rusiya ordusunun istifadə etdiyi, zirehli texnikanı məhv etmək üçün nəzərdə tutulan "Upır" FPV pilotsuz uçuş aparatlarını istehsal edir. O, daha əvvəl bu dronun hazırlanması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb.
Baxış sayı:111
Bu xəbər 05 Avqust 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















