Rusiyada hərbi geyimlilər azərbaycanlıların evlərinə basqın edib?
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Rusiyanın Rostov-na-Donu şəhərində hüquq-mühafizə orqanlarının qüvvələrinin azərbaycanlı ailələrin yaşadığı mənzillərə basqın etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya aktrisa Ruhiyyə Yusifova bildirib.
Onun sözlərinə görə, gecə saatlarında bir qrup hərbi geyimli şəxs dayısı Mərdan Əskərovun yaşadığı evə daxil olub:
“Dayımın oğlunu heç bir günahı olmadan döyüblər, şok veriblər. Anasını, onun hamilə xanımını və iki övladını, dayımı tutub aparıblar. Evi dağıdıblar, hər şeyi sındırıblar. Daha sonra dayımın böyük oğlunun evinə giriblər, arvad-uşağı vurublar”.
R.Yusifova əlavə edib ki, polis şöbəsinə aparılan qohumlarının telefonları əllərindən alınıb. Onların əksəriyyəti daha sonra oradan buraxılıb. Lakin dayısını hələ də polis şöbəsində saxlayırlar.
Baxış sayı:95
Bu xəbər 25 Fevral 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















