Icma.az
close
up
RU
Rusiyada miqrantlar üçün işıqfor sistemi: Azərbaycanlılar qırmızı siyahıya salınacaq?

Rusiyada miqrantlar üçün işıqfor sistemi: Azərbaycanlılar qırmızı siyahıya salınacaq?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Rusiyada əmək fəaliyyətilə məşğul olan azərbaycanlı miqrantların "qırmızı" siyahıya aid ediləcəyini düşünmürəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov rusiyalı deputat Mixail Matveyevin Rusiyadakı miqrantların hansı ölkələrdən olmasına uyğun törətdikləri cinayətlərin sayına görə "qırmızı", "sarı" və "yaşıl" zonalara bölünməsi təklifini şərh edərkən deyib.

"Məsələyə ədalətli yanaşılsa, azərbaycanlılar tərəfindən Rusiyada törədilən cinayət hadisələrinin statistikası çox aşağıdır. Hətta soydaşlarımızın sarı qrupa aid ediləcəyini də düşünmürəm", deyə Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, son hadisələr fonunda Rusiyada miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirildiyini görürük:


"Qanunsuz miqrasiya ilə mübarizə şüarı altında Moskva daha sərt şəkildə ayrı-ayrı miqrant qrupları üzərinə gedir. Bunu da onunla əsaslandırır ki, həmin miqrant qrupları bu və ya digər formada kriminal hadisələrin baş verməsində iştirak edirlər. Hətta dövriyyəyə etnocinayətkarlıq deyilən termini də daxil ediblər. Bu istiqamətdə müxtəlif Rusiya rəsmiləri tərəfindən zaman-zaman yeni mübarizə üsullarının tətbiqi də təklif olunur. Deputat Matveyevin bu təklifi "işıqfor" prinsipinə əsaslanır. Yəni o, müxtəlif ölkələrdən gələn əcnəbilərin əmək fəaliyyətinə cəlb olunmasını hansısa bir bölgü prinsipinə uyğun həyata keçirilməsini təklif edir. Statistik göstəricilərə görə, hansı ölkələrdən gələn miqrantlar cinayət hadisələrinin törədilməsində daha çox iştirak edirsə, onlar "qırmızı" qrupa ayrılacaqlar. Təklifdə də məhz bu kateqoriyadan olanların əmək fəaliyyətinə cəlb olunmasının qadağan edilməsi göstərilir. "Sarı" qrupa salınanlara münasibətdə isə nisbətən az qadağa tətbiq olunacaq. Bu zaman yəqin ki, törədilən cinayətin növünü də nəzərə alacaqlar. "Yaşıl" qrupa aid edilən dövlətlərin vətəndaşlarının Rusiya ərazisində əmək fəaliyyətinə cəlb olunması üçün isə hər hansı bir qadağa olmayacaq".


Ekspertə görə, bu addım süni şəkildə ayrıseçkliyə dəlalət edən addım kimi dəyərləndirilə bilər: 

"Bu da çox böyük məhdudiyyətlərin tətbiqinə gətirib çıxara bilər. Rusiyada əmək fəaliyyətilə məşğul olanlar arasında Özbəkistan, Tacikistan və Qazaxıstandan olan miqrantlar üstünlük təşkil edir. Səhv etmirəmsə, "qırmızı" qrup əsasən bu dövlətlərdən olan miqrantlara aid ediləcək. Fərz edək ki, hansısa bir Mərkəzi Asiya ölkəsindən olan miqrantlar il ərzində faiz nisbətilə daha ağır cinayətlərdə iştirakçı olub. Amma belə çıxır "qırmızı" siyahıya daxil edilən ölkədən gələn yüzminlərlə miqrant Rusiyada əmək fəaliyyətilə məşğul olmaq imkanını itirəcək".

Deputat bu təklifin reallaşacağını da düşünmür:

"Yeniliklərin daha ağır formata tətbiqi əlavə narahatlıq və narazılığa gətirib çıxarır. Bu addım həm də Rusiya əmək bazarına ciddi zərbə olacaq.  

Rusiyada statistikanı dilə gətirmədən baş verən cinayət hadisələrində əksər hallarda miqrantları ittiham edirlər. Amma 2013-2023-ci illər üzrə statistikada mühakimə olunmuş əcnəbilərin sayı ümumi mühakimə olunanların sayının cəmi 4-4,5 faizini təşkil edir. Yəni əcnəbilər tərəfindən törədilən cinayətlər deyildiyi kimi heç də çoxluq təşkil etmir. Hətta Rusiya vətəndaşları tərəfindən törədilən cinayətlər ağırlıq dərəcəsinə görə əcnəbilərin anoloji cinayətlərilə müqayisədə 4,5 dəfə çoxdur. Çox ağır cinayətə görə mühakimə olunan Rusiya vətəndaşının sayı yüz min nəfərə nisbətdə 172 nəfər olub. Bu göstərici əcnəbi miqrantlarda cəmi 43 nəfərdir. Ona görə də düşünürəm ki, burada bəzi siyasi dairələr siyasi manipulyasiyaya əl atırlar".


Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev miqrantları filtrdən keçirməyin yeni üsulunu - "işıqfor" prinsipindən istifadə etməyi təklif edib. Bu barədə o, "Tsarqrad” telekanalına müsahibəsində danışıb.

Onun fikrincə, fabriklərdə və tikinti sahələrində məqsədyönlü şəkildə əcnəbi işçilərin işə götürülməsini təşkil etmək olar, lakin miqrantların əksəriyyəti xidmət sektoruna girib "kuryer, taksi sürücüsü və ya başqa qeyri-adi işlərdə” işləməyə çalışırlar ki, onlara nəzarət etmək daha çətin olacaq.

"Ona görə də bütün mənşə ölkələr, bu ölkələrdən olan insanların törətdiyi cinayətlərin sayına görə "qırmızı", "sarı" və "yaşıl" zonalara bölünməlidir. Məqsədli işə qəbul "yaşıl" ölkələrdən gələnlərə şamil oluna bilər. Amma bu məsələ bizim iş adamları tərəfindən nəzərə alınmır", deyə deputat bildirib.

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyul 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see210

“Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN FOTO

10 İyul 2025 16:25see156

Bakıya karbon qazını udan süni “ağac” lazımdır?

10 İyul 2025 16:22see130

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see127

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

10 İyul 2025 21:14see126

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

10 İyul 2025 23:02see126

Bu, xərçəng riskini 40 % azaldır

10 İyul 2025 16:09see124

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun AÇIQLAMA

10 İyul 2025 16:25see124

Sabah dan güclüyük Riera

11 İyul 2025 01:40see123

ABŞ da aqrar proqramlarda irq və cinsiyyət amilləri artıq nəzərə alınmayacaq

10 İyul 2025 16:26see123

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see119

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see118

“Putin hər şeyi korladı və Trampla münasibətlər pozuldu” “The New York Times” KONKRET

10 İyul 2025 22:01see117

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

11 İyul 2025 01:03see116

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see115

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

10 İyul 2025 21:09see114

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

10 İyul 2025 23:51see114

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see112

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

10 İyul 2025 19:19see112

Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

11 İyul 2025 02:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri