Icma.az
close
up
RU
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA Bu dəfə uşaqlar...

Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA Bu dəfə uşaqlar...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada azyaşlı miqrantların ölkəyə təkbaşına daxil olmasına məhdudiyyət qoyulması ilə bağlı yeni qanun layihəsi Dövlət Dumasına təqdim olunub.

Modern.az-ın məlumatına görə, sənədin müəllifləri deputatlar Nina Ostaninavə Yaroslav Nilovdur.

Onlar təklif edib ki, bundan sonra 18 yaşınadək xarici vətəndaşların Rusiyaya yalnız valideynlərinin, qanuni nümayəndələrinin, yaxud onların yazılı notarial etibarnaməsi olan müşayiətçi şəxslərin yanında gəlməsinə icazə verilsin.

Layihəyə görə, etibarnamə ilə ölkəyə giriş yalnız təhsil almaq, müalicə olunmaq və ya qısamüddətli səfərlər (məsələn, idman yarışları, olimpiadalar, turizm) üçün mümkün olacaq. Əgər valideynlərin müvəqqəti yaşayış icazəsi ləğv edilərsə, onların övladlarının da ölkədən çıxarılması nəzərdə tutulur.

Hazırda azyaşlıların Rusiyaya təkbaşına daxil olmasına qadağa yoxdur. Deputatlar bildirirlər ki, bir çox hallarda uşaqlar “təhsil adı” ilə ölkəyə daxil olub əslində işləməyə gedirlər. Onların sözlərinə görə, təkbaşına qalan uşaqların miqrasiya qaydalarını pozması halları da geniş yayılıb. Rəsmi açıqlamada qeyd olunur ki, 2024-cü ildə 1,5 min azyaşlı miqrant (əsasən Mərkəzi Asiya ölkələrindən) miqrasiya qanunvericiliyini pozduğuna görə müvəqqəti saxlanma mərkəzlərinə yerləşdirilib.

Rusiya hökuməti isə hesab edir ki, belə notarial etibarnamələr “azyaşlıların nəzarətsiz qalması problemini” həll etməyəcək. Rəsmi rəydə vurğulanır ki, etibarnamənin həqiqiliyinin yoxlanılması qaydası müəyyən edilməyib, həm də təklif beynəlxalq normalara zidd ola bilər. Bu səbəbdən layihənin ciddi şəkildə yenidən işlənməsinə ehtiyac olduğu bildirilir.

Miqrantlara yardım mərkəzinin rəhbəri Vadim Kojenov da etibarnamə şərtinin problemi aradan qaldırmayacağını düşünür: “Qanunla uşaqların ölkəyə girişini tam qadağan etmək mümkün deyil. Beynəlxalq razılaşmalar buna imkan vermir. Praktikada isə valideynlər deportasiya olunanda uşaqları da özləri ilə aparırlar”.

Təklif olunan dəyişikliklər yalnız Mərkəzi Asiya ölkələrinin vətəndaşlarına deyil, Rusiyada yaşayan azərbaycanlı ailələrə də şamil olunacaq. Yəni valideynlərsiz Rusiyaya təhsil və ya müalicə üçün getmək istəyən azərbaycanlı uşaqlar da notarial etibarnamə təqdim etməli olacaqlar. Bu isə Rusiyaya müntəzəm təhsil və müalicə məqsədilə gedən ailələrin işini çətinləşdirə bilər.

Beləliklə, qanun layihəsi qəbul olunarsa, Rusiyada yaşayan və ya ora səfər edən azərbaycanlı ailələr də övladlarının səfərlərini yalnız valideyn müşayiəti və ya rəsmi etibarnamə ilə təmin etməli olacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Avqust 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see322

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see301

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see295

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see282

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see281

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see274

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see272

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see270

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see246

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see233

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see231

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see229

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see227

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see224

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see224

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see217

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see212

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see211

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see202

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri