Rusiyada miqrantlar üçün yeni qaydalar: Deportasiya halları genişləndirilir
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya sərhədçilərinin qanuni tələblərinə tabe olmamaq miqrantların ölkədən deportasiya edilməsi üçün əsas yarada bilər.
"Azpolitika" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sosial şəbəkə hesabında məlumat verib.
İlk mərhələdə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində ölkədən çıxarılmanı nəzərdə tutan maddələrin sayının 22-dən 43-ə qədər artırılması planlaşdırılırdı. Lakin yeni təklif edilən düzəlişlər nəzərə alınmaqla bu rəqəm 45-ə çatacaq. Mövcud qaydalara əlavə olaraq, siyahıya ayrı-seçkilik - cins, irq, milliyyət, dil, yaş, dinə münasibət və digər amillərə görə insan hüquq və azadlıqlarının pozulması halları daxil ediləcək. Dövlət sərhədinin mühafizəsi zamanı hərbi qulluqçuların qanuni əmrlərinə tabe olmamaq da deportasiya üçün yeni səbəb kimi müəyyənləşdiriləcək.
Dumanın rəhbəri əlavə edib ki, bu həftə ərzində deputatlar miqrasiya siyasətinin təkmilləşdirilməsini nəzərdə tutan qanun layihələri paketi üzərində işi davam etdirəcəklər. Əcnəbilərin cərimələnməklə yanaşı, həm də ölkədən çıxarılmasına səbəb olacaq qayda pozuntuları siyahısının genişləndirilməsi məsələsinə xüsusi diqqət yetiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 İyul 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















