Rusiyada müəllimlər miqrant uşaqların davranışlarına nəzarət edəcəklər YENİ QƏRAR
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın təhsil müəssisələrində miqrant uşaqların fikirləri və davranışları xüsusi nəzarətə götürüləcək. Müəllimlərə, şagirdlərin mümkün hüquq pozuntularına meyilliliyini müəyyən etmək məqsədilə onların ifadələrini diqqətlə izləmək tövsiyə olunub.
Oxu.Az-ın "Vedomosti" qəzetinə istinadla verdiyi xəbərə görə, bu məsələ Rusiya Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, həmçinin Elm və Ali Təhsil Nazirliyinin birgə hazırladığı metodik tövsiyələrdə ətraflı şəkildə yer alıb.
Sənədə əsasən, pedaqoqlar şagirdlərin yazılı işlərində tarixi yaddaşa, ənənəvi Rusiya dəyərlərinə və dövlət rəmzlərinə qarşı hörmətsizlik ifadə edən fikirlərə xüsusi diqqət yetirməlidirlər. Bundan əlavə, müəllimlər miqrant uşaqların "Vacib söhbətlər" dərslərinin mövzularına reaksiyasını izləyəcək, siyasi, sosial və dini mövzulardakı müzakirələrin kəskin artması hallarını qeydə alacaqlar. Xüsusilə, bu söhbətlərdə radikal baxışlar və dözümsüzlük müşahidə olunarsa, bununla bağlı tədbirlər görüləcək.
Daha dolğun təsəvvür formalaşdırmaq üçün müəllimlərə məktəblilərlə qeyri-rəsmi şəraitdə anonim sorğular və fərdi söhbətlər aparmaq da tövsiyə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 13 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















