Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Samara vilayətində saxlanılan futbolçuların əksəriyyəti qeyri-qanuni miqrantlardır və onlar deportasiya oluna bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, "Team Young" həvəskar futbol komandasının 20-yə yaxın futbolçusu saxlanılıb. Onların əksəriyyəti qeyri-qanuni miqrantlardır. Narkotik qəbul edənlər və qanun pozuntusu olanlar böyük ehtimalla deportasiya olunacaqlar.
Futbolçuların saxlanması avqustun 31-də məlum olub. Onların daim rəqiblərə və tamaşaçılara hücum çəkməsi, hər kəsi milli mənsubiyyətinə görə təhqir etməsi həbsə səbəb olub. İdmançılara öz ölkələrindən olan azarkeşlər kömək edib. Onlar "Team Young"ın oyunlarına gəlib münaqişələrdə iştirak ediblər.
Həbs zamanı bəzi şəxslərin narkotik vasitənin təsiri altında və ya sərxoş olduqları müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 01 Sentyabr 2025 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















