Icma.az
close
up
RU
Rusiyada yaşayış statusunu leqallaşdıra bilməyən miqrantları deportasiya və cərimə gözləyir

Rusiyada yaşayış statusunu leqallaşdıra bilməyən miqrantları deportasiya və cərimə gözləyir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskva, 13 oktyabr, AZƏRTAC

Rusiyada yaşayış statusunu leqallaşdırmayan əcnəbilərin hamısı planlaşdırılan gediş tarixini, yerini və marşrutunu bildirərək ölkəni tərk etməlidir. Əks halda, miqrantı cərimə ilə məcburi deportasiya gözləyir, habelə bundan sonra 5 il müddətinə onun Rusiyaya girişi qadağan ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Dövlət Dumasının sədri xatırladıb ki, Rusiya Federasiyasında qeyri-qanuni yaşayan vətəndaşların məlumat bazası olan Nəzarət Şəxslərinin Reyestrinə daxil edilmiş xarici vətəndaşların qalma müddəti sentyabrın 10-da başa çatıb.

2025-ci il fevralın 5-dən etibarən həmin reyestrə ölkədə qanuni olmasını təsdiq edən sənədləri olmayan, qeydiyyatını başa çatdırmayan, icbari tibbi müayinədən və barmaq izindən keçmək müddətlərini ötürən, patentini, iş icazəsini və ya əmək müqaviləsini yeniləməyən şəxslər daxil ediləcək.

Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayı ərzində immiqrasiya qanunlarını pozan təxminən 35 min əcnəbi vətəndaş Rusiyadan deportasiya edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 1-nə nəzarət altında olan şəxslərin reyestrində 770 min miqrant qeyd edilib, onların üçdəbiri qadın, biri uşaqdır.

V.Volodin qeyd edib ki, bu şəxslərə qarşı yeni miqrasiya deportasiyası rejimi tətbiq edilib ki, bu da nəzarət tədbirlərinin gücləndirilməsini və bir sıra hüquqların məhdudlaşdırılmasını, o cümlədən sürücülük vəsiqələrinin alınmasına, daşınmaz əmlak və nəqliyyat vasitələri üzrə əməliyyatların qeydiyyatına, nikaha daxil olma, bank hesablarının açılması, pul vəsaitlərinin köçürülməsinə qadağalar qoyulmasını nəzərdə tutur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see293

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see233

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see126

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri