Icma.az
close
up
RU
Rusiyada söz azadlığından incilər Aqil Ələsgər yazır

Rusiyada söz azadlığından incilər Aqil Ələsgər yazır

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Anadoluda gözəl bir söz var: "Dinimə söyən barı müsəlman olsa”. Bu baxımdan, Rusiya söz və ifadə azadlığı ilə bağlı danışacaq son ölkə belə deyil.

2012-ci ildən etibarən qüvvədə olan "Xarici agent” qanunu müstəqil media təşkilatlarını zorla xarici agent kimi qeydiyyata almağa məcbur edir. Bu qanun media qurumlarının fəaliyyətlərini ciddi şəkildə məhdudlaşdırır və onların müstəqilliyini azaltmaq məqsədini güdür.

Bundan əlavə, Kreml tənqidçilərinə qarşı yalnız həbs siyasəti yürütmür, həm də onları öldürməklə cəzasızlıq mühitini yaradır. Bu ürəkağrıdıcı siyahıda olan jurnalistlərin yalnız bir hissəsi aşağıdakı kimidir:

1. Anna Politkovskaya – 2006-cı ildə Moskva da evinin girişində öldürüldü.

2. Pavel Şeremet – 2016-cı ildə Kiyevdə avtomobilində partlayış nəticəsində vəfat etdi.

3. İqor Domnikov – 2000-ci ildə qətlə yetirilib, cinayət hələ də tam araşdırılmayıb.

4. Yuri Şekoçixin – 2003-cü ildə müəmmalı şəkildə vəfat edib, ölüm səbəbi tam aydın deyil.

5. Vasili Belyakov – 2002-ci ildə öldürülüb.

6. Mixail Beketov – 2008-ci ildə döyülərək ağır yaralanmış, sonradan 2013-cü ildə vəfat edib.

7. Dmitri Xolodov – 1994-cü ildə Moskva yaxınlığında öldürülüb, cinayət hələ də açılmayıb.

Bu, yalnız bir neçə nümunədir, lakin daha çox jurnalistin hədəf olduğu məlumdur. Müstəqil jurnalist və müxalifət lideri Aleksey Navalnı 2021-ci ildə həbs edilib, 2024-cü ildə həbsdə müəmmalı şəkildə ölməsindən danışmırıq belə.

Sosial şəbəkələrdə müxalif fikirləri yaymağa çalışan istifadəçilərə qarşı mühakimə və cəzalar, informasiya azadlığının məhdudlaşdırıldığını sübut edir. 2020-ci ildən etibarən qəbul edilən "Dezinformasiya haqqında” qanun ilə müxalifət və tənqidi xəbərlər yalan kimi qiymətləndirilərək cəzalar tətbiq edilir.

Bu faktlar Rusiyada söz azadlığının ciddi şəkildə məhdudlaşdırılmasının açıq göstəriciləridir. Belə bir şəraitdə Rusiyadakı media institutlarının "Sputnik”in Azərbaycan nümayəndəliyindəki hadisəni kontekstdən çıxararaq təqdim etmələri absurd bir yanaşmadır. Bu vəziyyət bizi yuxarıda qeyd etdiyim məsələni bir daha düşünməyə vadar edir.
Aqil Ələsgər, MŞ İdarə Heyətinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 İyul 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri