Icma.az
close
up
RU
“Rusiyada vəziyyət qarışıqdır, Moskva plandan imtina edəcək” Sabiq nazirdən SENSASİON MÜSAHİBƏ

“Rusiyada vəziyyət qarışıqdır, Moskva plandan imtina edəcək” Sabiq nazirdən SENSASİON MÜSAHİBƏ

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsini dayandırmağa yönələn yeni sülh planı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Planın mahiyyəti, onun reallaşdırma ehtimalı, eləcə də həm Kiyev, həm də Moskvanın siyasi arqumentlərinə hansı təsirlər göstərə biləcəyi barədə ciddi müzakirələr gedir.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Sabah”a müsahibəsində Ukrayna ilə bağlı yeni planının mümkün siyasi nəticələrini və dünya siyasətinə təsiri ilə bağlı vəziyyəti təhlil edib.

- Tofiq müəllim, ABŞ Prezidenti Donald Trampın Ukraynadakı sülh planının mahiyyəti nədir? Belə fikirlər var ki, siyasi proseslər Ukraynananın artıq məğlub edilməsi istiqamətində inkişaf edir...

- Ümumiyyətlə, bir çox müşahidəçilər deyirlər ki, bu plan 2022-ci ildə İstanbulda təklif olunan sülh planından fərqlənmir. Bu, Ukrayna üçün çox ciddi problemlər yaradır. Çünki ölkə Prezidenti Volodimir Zelenskinin ittiham edə bilərlər ki, nəyə görə 3 il əvvəl itkisiz olaraq bu planı qəbul eləməmişdik.

Əsas sual budur ki, Rusiya və Ukrayna tərəfi öz ölkələrinin ictimaiyyətinə bu cür sənədi hansı şəkildə təqdim edəcəklər. Hər tərəf öz siyasi həyatını uzatmaq üçün bu planı qələbə kimi təqdim etməyə çalışacaq. Amma təbii ki, bu mümkün olan şey deyil. Ümumiyyətlə, bu planın icrasına mən o qədər də inanmıram. Çünki əgər Trampın ilk təklifi qəbul olunsaydı, tərəflər atəşkəsə nail olsaydılar, o zaman bunu ümidverici təklif kimi dəyərləndirmək olardı. İndi isə biz görürük ki, atəşkəsin olması üçün tərəflərin müxtəlif şərtləri var. Şərtlərin qəbul edilməsi, təbii ki, problemlər yaradır. Bəziləri Rusiya üçün, bəziləri Ukrayna üçün...İki ölkənin siyasi elitası müharibənin nəticəsini özü üçün qələbə kimi göstərmək niyyətindədir. Bu isə mümkün deyil. Ona görə də bu planın uğuruna inanmıram.

- Tərəflərin bu dəfə sülhə daha yaxın olmasını Trampın Ukraynaya basqısı ilə bağlayırlar.Birləşmiş Ştatlar liderinin dünya ictimaiyyəti qarşısında Zelenski ilə onun şəxsiyyətini alçaldıcı üslubda dialoqu ilə başlayan proseslər, Kiyevin məğlubiyyətini qəbul etməyə məcbur edə bilərmi?

- Öncə baxaq görək bu basqıların arxasında nə dayanır? Müxtəlif mənbələrdən belə bir məlumat sızdırılıb ki, ABŞ-nin istəyi budur ki, Rusiyanın üzünü Qərbə sarı çevirib, Moskvanın Çinlə müttəfiqlik siyasətini dəyişdirsin. Amma onsuz da buna nail olmaq üçün Rusiya Qərbə indiki vəziyyətdə, bəlkə də ondan daha artıq zəif durumda lazımdır. Rusiya nə qədər zəif olsa, onun müttəfiqliyi bir o qədər etibarlı olacaq. Yəni müstəqil siyasi xəttin müəllifi olmayacaq. Əslinə qalsa, sənəd elə hazırlanıb ki, Kiyev onu bu şəkildə qəbul edə bilməz. Sual olunur: tutaq ki, Ukrayna razılıq verdi. Bəs, Rusiyanın mövqeyi?! Əminəm ki, hansısa mərhələdə Rusiya plandan imtina edəcək. Bu baxımdan, indiki hadisələrin hansısa razılaşma ilə nəticələnə biləcəyinə inanmıram.

Vaxtilə bizə də müxtəlif təkliflər verilirdi. Hətta gah Azərbaycan, gah Ermənistan elə bəyanatlar səsləndirirdilər ki, biz prinsip olaraq bunu qəbul edirik, amma danışıqlar davam etdirilməlidir. Bu şəkildə də nəticə əldə oluna bilər. Hələ gözləməliyik.

- Ağ evin sülh planı Rusiyanın Ukrayna ilə bağlı siyasətinə yaxındırmı?

- Müharibənin əvvəlindən hamı Kremlin məqsədi ilə maraqlanırdı. Müxtəlif mərhələlərdə, fərqli məqsədlər səsləndirirdi Putin. Heç kim hələ də Rusiyanın Ukraynaya aid hansı istəkləri olduğunu anlamır - Ukraynanı tamamilə işğal edib Rusiyaya birləşdirməkmi, yoxsa başqa məqsəd? İndi isə bəlli olub ki, guya, Moskva Krımla iki vilayəti birləşdirməklə müharibəni udmuş kimi göstərmək istəyəcək. Sabah Rusiyada sual verən olmayacaqmı ki, 100 minlərlə itki vermişik, ölkə iqtisadiyyatı sanksiya altındadır, iqtisadi vəziyyət çox ağırdır, dünyada Rusiya işğalçı kimi tanınır.

Bu baxımdan, gələcəkdə bir çox məsələlər var. Əvvala, Ukraynanın siyasi rəhbərliyi həm sülhdən, həm də atəşkəsdən ehtiyat edir. Çünki bilirsiniz ki, Zelenskiyə qarşı müxtəlif kampaniyalar aparılır. Onun siyasi gələcəyi sual altındadır. Rusiyada da durum aydın deyil. Mən səsləndirdiyim sualları insanlar Moskvada hakimiyyətdə olanlara verəcəklər. Rusiyanı haqlı çıxarma o demək deyil ki, hamı belə fikirləşir. Adi insanlar da başa düşür ki, 2-3 dronun qiymətinə kənddə ev tikib insanlara vermək olardı. İqtisadiyyatın çökməsi, 100 minlərlə cavan kişinin itkisi... Bunlar hamısı bağlanmayan səhifə kimi görünür.

Bundan ehtiyat edərkən, şəxsən mən belə hesab edirəm ki, hər ölkənin siyasi elitası hərbi əməliyyatların davam etdirilməsinə meyllidir. Atəşkıəs fərqli bir şəkildə baş verə bilər. Rəsmi elan olunmamış, amma hansısa zərbələrin maratoriyası elan oluna bilər. Ya da ki raket zərbələri dayandırıla bilər. Onsuz da quruda hərbi əməliyyatlar demək olar ki, getmir. Artıq bir neçə aydır, hansısa kəndin ətrafında gah nəzarətə götürüldüyü, gah nəzarətdən çıxdığı xəbərlərini oxuyuruq. Elə kiçik kəndlərdir ki, bu kəndi xəritədə tapmaq da mümkün deyil. Bu baxımdan, vəziyyətin de-fakto dondurulması istisna olunmur.

- Ananlitiklər belə hesab edirlər ki, müharibənin bitməsindən sonra Rusiyanın diqqəti qonşularına yönələcək. Moskva əsas müharibə ocağını söndurdukdən sonra onun qonşularını nə gözləyir?

- Biz təbliğatçılara inanmamalıyıq. Rusiya bu müharibəni hərbi baxımdan uduzub. Heç bir məqsədə nail olmayıb. İndi də bir kəndi almaqlarını elə göstərirlər ki, sanki Stalinqrad döyüşü gedib. Hərbi əməliyyatlardan verilən görüntülərdə isə görürsən ki, 2-3 nəfər qaçır, onun arxdasınca da dron uçur. Rusiyanın bundan sonra kiməsə təhlükə yaratması sual altındadır.

- Amma biz nüvə dövlətindən danışırıq...

- Axı, nüvə silahını istifadə etmək olmaz. Sən kimisə məhv edə bilərsən, amma uduşun nə olacaq? Napoleonun yaxşı bir sözü var – deyir, xəncər döyüşdə yaxşıdı, amma xəncərin üstündə oturmaq mümkün deyil.

Silahı müharibə üçün istifadə edə bilərsən. Müharibə bitdi, sonra nə edəcəksən? İndiki mərhələdə ABŞ istənilən ölkəni işğal edə bilər. İşğal edib nə edəcək? Güclü SSRİ, güclü ABŞ Əfqanıstanda illərlə öz qoşunlarını saxladı. Milyardlarla pul xərclədilər. Heç bir nəticəsi olmadı. Müharibəni fikiləşərkən, nəticədə nəyin əldə olunacağını da düşünməlisiniz. Ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın maraqlarına ən böyük zərbə vurdu. Tarix və vətəndaşlar mütləq bu sualı Putin və onun komandasına verəcək: biz niyə Ukraynada vuruşurduq? NATO Rusiyanın sərhədlərinə gələcək deyə Ukraynaya qarşı müharibə başladı? Amma müharibə hələ qurtarmamış Finlandiya NATO-nun üzvü olub. NATO ölkəsi ilə 1400 kilometr birbaşa sərhədi var. Sadə insanları boş-boş şeylərlə qorxutmaq olar, amma bir çox insanlar da düşünür ki, nəyə görə biz bu qədər insan itirmişik? Biz Rusiyanın güclü olması ilə bağlı bvəyanatlar eşidə bilərik. Amma bunlar həqiqətə uyğun deyil. Rusiya böhran içindədir.

- Sizcə Zelenski kimdir - ölkəsini, xalqını faciəyə sürükləyən prezident, yoxsa tarixə düşmüş lider?

- Zelenski bir çox hadisənin və faktorun qurbanıdır. Biz hər şeyin ondan asılı olduğunu hesab etməməliyik. Siyasi təzyiqlərə baxmayaraq, o hələ ki razılıq vermir və siyasi iradəsini nümayiş etdirir. Bunlara görə ona hörmət etmək olar. Kimlərsə Ukraynada korrupsiya olduğunu deyə bilər. Hansısa nöqsanları hər zaman hər yerdə tapmaq olar. Amma Zelenski ərazi bütövlüyünün dəyişdirilməsinə razılıq vermədi və vermək istəmir.

- Bu müharibənin Ukraynaya qazandırdığı nəsə oldumu?

- Təbii ki yox. Bu müharibə Ukraynanın dövlətçiliyinə ən böyük təhlükədir. Bu vəziyyətin yaranmasında Zelenskidən öncəki siyasətçilərin günahları var.

Gəlin baxaq, görək, bizim rəsmilər hardasa bəyan edidilərmi ki, ölkəmiz NATO-ya üzv olmaq istəyir? Amma NATO ölkəsi olan Türkiyə ilə bizim münasibətlər o səviyyədədir ki, artıq NATO təyyarələri bizim hərbi paradda iştirak edir. Bu və ya digər nəticəni əldə etmək üçün müxtəlif yollar seçilməlidir.

Hesab edirəm ki, Ukraynanın diplomatik-siyasi təcrübəsi onlara bu cür təhlükədən dövləti qorumağa imkan verirdi. Hər kəsin öz siyasi taleyi var. Onlar gərək öz xalqı qarşısında cavab versinlər.

- Müharibənin hansısa şəkildə tamamlanması ilə Zelenskini nə gözləyə bilər?

Aydındır ki, o hamıya günahkar kimi görünəcək. Ondan sonra gələn siyasətçi deyəcək ki, hər şey Zelenskinin səhvi idi. Və guya ki o, Zelenskinin səhvlərini düzəldəcək. Zelenskinin aqibəti çox ağır olacaq. Amma ona hörmət etmək üçün əsas faktor budur ki, Ukraynanın ərazi bütövlüyünün dəyişməsinə hələ ki rəsmi razılıq vermir.

İlhamə Qasımlı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Noyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see234

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see148

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see143

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see142

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri