Icma.az
close
up
RU
Rusiyadan Çexiyaya neft nəql dayandırılıb

Rusiyadan Çexiyaya neft nəql dayandırılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Praqa, 25 aprel, AZƏRTAC

Çexiya hökuməti qərara alıb ki, üç il ərzində “Dostluq” boru kəmərinin Çexiyaya aid hissəsinin gələcək taleyi ilə bağlı qərar qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir. Məlum olduğu kimi, bu boru kəməri ilə uzun illər ərzində əvvəlcə SSRİ-dən, daha sonra isə Rusiyadan Çexiyaya neft nəql olunub. Hazırda məsələ ilə bağlı yekun qərar verilmədiyindən, boru kəməri konservasiya olunmuş vəziyyətdə saxlanılacaq. Boru kəmərindən istifadə gələcəkdə həyata keçiriləcək strateji layihənin bir hissəsi olacaq, lakin həmin layihənin forması hələ müəyyən edilməyib.

TAL Trans-Alp boru kəmərinin genişləndirilməsinin başa çatması sayəsində ötən həftədən etibarən Rusiyadan Çexiyaya neft nəqli dayandırılıb. Bu, “Dostluq” boru kəmərinin sosializm dövründə istifadəyə verilməsindən bəri ilk dəfə baş verir. Çexiya 60 ildən sonra “Dostluq” boru kəmərindən asılılıqdan azad olub. Keçən il “Dostluq” boru kəməri ilə Çexiyaya 2,7 milyon ton neft nəql olunub ki, bu da ümumi həcmin 42 faizini təşkil edib. İndi isə Çex Respublikası qərb boru kəmərləri vasitəsilə ildə səkkiz milyon tonadək neft nəql edə bilər ki, bu da ölkənin neft emalı zavodlarının tələbatını tam şəkildə ödəyir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 07:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri