Rusiyadan gedən bu insanların əmlakı müsadirə ediləcək
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyada ölkədən gedən bəzi şəxslərin əmlakı müsadirə oluna bilər.
Teleqraf xəbər verir ki, bu barədə qərar Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sentyabrın 1-dən ölkədə qüvvəyə minəcək yeni qanun layihələrində yer alıb.
Yeni qaydalara əsasən, xaricdə olub Rusiyanın ərazi bütövlüyü əleyhinə çağırış edən, sanksiyaları dəstəkləyən və ordunu diskreditasiya edən şəxslərin məhkəmə qərarı ilə ölkədəki əmlakları həbs edilə biləcək. Həmçinin, "xarici agent" statusu daşıyan şəxslərin sosial reklam verməsi və bu resurslarda reklam yerləşdirməsi qadağan edilir.
Sosial islahatlara toxunan Volodin bildirib ki, yeni tədris ilindən tələbə ailələrinə universitet yataqxanalarında otaqların verilməsində üstünlük tanınacaq. Bundan əlavə, ikinci uşağı doğulan valideynlər üçün ipoteka müqavilələri üzrə 1,5 ilədək kredit tətillərindən istifadə hüququ qüvvəyə minir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 29 Avqust 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















