Icma.az
close
up
RU
Rusiyadan qalmaqallı Qarabağ açıqlaması “Putin Trampın o planını bilir”

Rusiyadan qalmaqallı Qarabağ açıqlaması “Putin Trampın o planını bilir”

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Ukrayna münaqişəsinə dair çıxışı zamanı AzərbaycanErmənistan müharibəsini nümunə göstərərək Qarabağı “mübahisəli ərazi” kimi təqdim etməsi həm siyasi baxımdan məsuliyyətsiz, həm də hüquqi reallıqlarla ziddiyyət təşkil edən yanaşmadır. Bu cür bənzətmə Rusiyanın rəsmi şəkildə tanıdığı və dəfələrlə bəyan etdiyi mövqeyə, yəni Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasına tamamilə ziddir.

Əvvəla, keçmiş Qarabağ münaqişəsi hüquqi baxımdan “mübahisəli” kateqoriyasına aid deyil. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə (822, 853, 874 və 884 nömrəli) açıq şəkildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edirdi. Bu sənədlər təkcə Azərbaycanın ərazi bütövlüyünü təsdiqləmir, eyni zamanda Ermənistanın həmin torpaqlarda mövcudluğunu “işğal” kimi dəyərləndirir. Belə olan halda, “mübahisəli ərazi” anlayışının işlədilməsi beynəlxalq hüququn təməl prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə ziddir.

İkinci mühüm məqam İkinci Qarabağ müharibəsindən sonra formalaşan reallıqlardır. Azərbaycan ərazi bütövlüyünü faktiki olaraq bərpa edib, Ermənistan isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bu reallıqla razılaşıb. Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində orada qalan qeyri-qanuni erməni silahlı birləşmələri tam tərksilah edilib, Azərbaycanın konstitusiya quruluşu bütün bölgədə bərpa olunub. Nəticə etibarilə bu gün Qarabağda nə siyasi, nə hərbi, nə də inzibati baxımdan “mübahisə” predmeti mövcuddur.

Medinskinin açıqlaması ən sadə formada Kremlin Ukrayna münaqişəsinə legitimlik vermək cəhdidir. Azərbaycan nümunəsində işğal faktı hüquqi sənədlərlə təsbit olunub. Rusiya da faktiki olaraq Ukrayna ərazilərini işğal edib. Medinski bu ifadəni deyə bilmədiyi üçün iki fərqli məsələni “mübahisəli ərazi” kimi eyniləşdirir.

Həmçinin oxuyun:

Azərbaycan XİN-dən Putinin köməkçisinə Qarabağ CAVABI

Bununla belə, Vladimir Medinskinin Ukrayna münaqişəsi ilə bağlı açıqlamalarında Azərbaycan-Ermənistan müharibəsini müqayisə edərək Qarabağı “mübahisəli ərazi” kimi təqdim etməsi geopolitik və strateji maraqlara əsaslanır. Hazırda ABŞ-ın əsas məqsədi Rusiya və Ukrayna arasında müharibəni bitirəcək bir saziş imzalamaq deyil, daha çox atəşkəs sazişidir. Vaşinqton başa düşür ki, Vladimir Putin hakimiyyətdə olduğu təqdirdə Rusiya ilə uzunmüddətli müharibəni davam etdirmək mənasızdır. Lakin Putin sonrası Kremlin zəifləməsi ehtimalı böyükdür. Bundan başqa, ABŞ diqqətini Yaxın Şərq, İran və Çin kimi digər strateji regionlara yönəltmək istəyir. Prezident Tramp bu mənada 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs müqaviləsinə bənzər bir sazişlə müvəqqəti atəşkəs əldə etmək istəyir.

Medinskinin açıqlamasından həm də bu qənaətə gəlmək olar ki, Rusiya ABŞ-ın nə etmək istədiyinin fərqindədir və buna görə də Ukrayna müharibəsini sürətlə bitirmək istəyir. Amma həm də bunu işğal etdiyi əraziləri “mübahisəli”, əslində isə işğal statusunda saxlamaq istəmir. Əvəzində Moskva Kiyevi işğal edilmiş ərazilərin qəbulunu özündə ehtiva edən yekun bir sülhə inandırmaq istəyir.

Hesab edirəm, Medinskinin dediklərinin məqsədi nə olur olsun, rəsmi Bakının məsələyə adekvat, operativ reaksiyası yerində və doğrudur. Bu həm də Azərbaycanın belə diplomatik təxribatlara qarşı ayıq-sayıq olduğunu göstərir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 İyun 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri