Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanlılara Rusiyadan vətənə pul göndərmək qadağan oluna bilər.
Rusiyada miqrantların rəsmi maaşdan artıq məbləğdə pul vəsaitini xaricə göndərməsinə qadağa qoyula bilər.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının "Yeni İnsanlar" fraksiyasının təmsilçiləri Rusiya Mərkəzi Bankının rəhbərliyinə məktub göndəriblər. Məktubda təklif olunur ki, əgər əcnəbi vətəndaş rəsmi gəlirindən artıq məbləğdə pul köçürmək istəsə, bu halda o, leqal gəlirini təsdiq edən maliyyə sənədləri, yəni gəlir bəyannaməsi təqdim etməlidir.
Bu təşəbbüs bir çox MDB ölkələrinin, o cümlədən Azərbaycanın vətəndaşlarını da əhatə edə bilər. Çünki Rusiyada on minlərlə azərbaycanlı əmək miqrantı kimi çalışır və mütəmadi olaraq ailələrinə pul göndərir.
Təklif hələ qüvvəyə minməyib, lakin müzakirəyə çıxarılacağı halda miqrantların maliyyə əməliyyatlarına ciddi təsir göstərə bilər.
Aysel,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 15 İyul 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















