Icma.az
close
up
RU
Rusiyadan son dövrlərdə gələn rəsmi açıqlamalar Ermənistana və ölkəmizə istiqamətlənmiş təzyiqdir

Rusiyadan son dövrlərdə gələn rəsmi açıqlamalar Ermənistana və ölkəmizə istiqamətlənmiş təzyiqdir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Biz Bakının narahatlığından xəbərdarıq və onlar Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı haqlı olaraq narahatdırlar”. Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Qondarma missiyanın əməkdaşlarının nə işlə məşğul olduqları məlumdur. Onlar Ermənistanla qonşu olan ölkələrə casusluq edirlər. Təbii ki, onlar İrəvana hesabat vermirlər və regionda heç bir sabitliyə töhfə vermirlər. Ermənistanda yerləşən Rusiya hərbi bazasına gəlincə, onun mümkün çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal almamışıq”-Zaxarova deyib. Zaxarova Aİ missiyasında və eyni zamanda Ermənistandakı Rusiya bazalarından da danışıb.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya rəsmilərinin son dövrlərdə səsləndirdiyi fikirlər olduqca qərəzlidir: “Bu qərəz ölkəmizə münasibətdə deyil, ümumilikdə Cənubi Qafqaza münasibətdə Rusiyanın neoimperial maraqlarından irəli gələn narahatlıq olaraq qiymətləndirilə bilər. Bu, həm də Rusiyanın regionda təsir gücünün azalması, Aİ və NATO-nun təsirinin artması qorxusu ilə səsləndirilən hədələr və diplomatik təzyiq də adlandırıla bilər”.

Şəhla Cəlilzadə

Politoloqun fikrincə, Rusiyadan son dövrlərdə gələn rəsmi açıqlamalar məhz bu mənada həm Ermənistana, həm də ölkəmizə istiqamətlənmiş təzyiqdir.

“Rusiya Aİ Missiyasının fəaliyyətindən Azərbaycanın narahat olduğunu iddia etməklə Ermənistana bizim əlimizlə təzyiq göstərməyə çalışır. Məsələ budur ki, Azərbaycan həqiqətən də Aİ Missiyasının regiondakı fəaliyyətini təqdir etmir. Dəfələrlə bu missiyanın ləğv olunması barədə çağırışlar olunub. Cənab Prezident İlham Əliyev də bu ilin əvvəlindəki müsahibəsində missiyanı yarıhərbi, binokl rüsvayçılığına yol verərək Aİ ilə Azərbaycan arasında etimadı qıran bir qrup adlandırıb. Lakin ən yüksək səviyyəli tənqidlərdən sonra son zamanlar “binokl diplomatiyası”na son verildiyini müşahidə edirik”-deyən Şəhla Cəlilzadə qeyd edib ki, Ermənistan öz növbəsində Missiyanın fəaliyyətini təhlükəsizliyinin qarantiyası hesab edir.

Ermənistan XİN-dən verilən açıqlamaya görə Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Missiyanın mandatı müzakirə oluna bilər. Başqa ifadə ilə, Ermənistan missiyanın mandatını ləğv edə və ya dəyişdirə bilər, lakin bunun üçün öncəliklə davamlı sülh və sabitliyin bərqərar olmasını, təhlükəsizlik təhdidinin tamamilə ortadan qaldırılmasını istəyir.

Politoloqun fikrincə, Rusiya regionda gərginliyin artmasında maraqlıdır: “Belə olan halda Ermənistanda qardaşıdakı seçki dövründə özünün Rusiyapərəst, revanşist namizədlərinin qalibiyyətini təmin edə bilər. Paşinyan bu məqamı açıq gördüyü üçün hal-hazırda Azərbaycanla münasibətlərdə sülh və müsbət danışıqlar tonunu qorumağa çalışır. Hətta Qurban bayramında Azərbaycan xalqını təbrik etdiyini, revanşist qüvvələri müxtəlif vasitələrlə siyasi arenadan uzaqlaşdırmağa çalışdığını qeyd edə bilərik. Bu da iki ölkə arasında münasibətlərin yumşaldılmasına hesablanan gedişlərdir”.

Şəhla Cəlilzadə bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın iki əsas şərti gündəmdə olduğu üçün, seçki öncəsi dövrdə iki ölkə arasında çərçivə sazişinin imzalanması Paşinyanın qələbəsində müəyyənedici faktor rolunu oynaya bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri