“RusiyaErmənistan müttəfiq əməkdaşlığına və KTMTyə alternativ yoxdur” Kopırkin KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“Rusiya həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərinə sadiq qalır”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
“Biz bundan çıxış edirik ki, Rusiya-Ermənistan müttəfiqlərinin qarşılıqlı fəaliyyətinə real alternativ yoxdur, o cümlədən KTMT çərçivəsində Rusiya Ermənistanın təhlükəsizliyini tam şəkildə təmin etmək üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir”, – deyə Kopırkin vurğulayıb.
O, həmçinin qeyd edib ki, Moskva Avrasiya qitəsində bərabər və bölünməz təhlükəsizlik sisteminin yaradılmasında erməni tərəfdaşlarının fəal iştirakını gözləyir.
Bu təşəbbüs iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb və bu yaxınlarda Kazanda keçirilən BRİKS sammiti zamanı təsdiqlənib.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 25 Noyabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















