Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

Kopırkin və “diplomatik blef”

Kopırkin və “diplomatik blef”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səfir vasitəçiliyi “dirildir”, yoxsa Qərbə mesaj verir?

Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında vasitəçilik dövrü geridə qalıb. Söhbət heç bir nəticə verməyən vasitəçiliyin artıq tarixə çevrilməsindən gedir. O da məlumdur ki, Bakı və İrəvan ikili təmaslar zamanı daha çox irəliləyişə nail olublar, nəinki hansısa xarici platformalardakı müzakirələr nəticəsində. Belə bir durumda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin açıqlaması bir qədər təəccüblüdür. Yəni, diplomat keçilmiş yoldan xəbərdar deyil?

Əlbəttə, Kopırkin Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonrakı münasibətlər sisteminə yaxşı bələddir. Onun hansısa fikri elə-belədən dilə gətirdiyini də söyləmək mümkünsüzdür. O zaman meydana daha bir sual çıxır: Səfir Bakı və İrəvanın danışıqlar aparmaq üçün hansısa kənar ölkəyə ehtiyac duymadığını bilmir?

S.Kopırkin deyir ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesinə vasitəçiliyə hazırlıq xəttinə sadiq, hər iki tərəfə barış sazişini imzalamaq üçün meydan verməyə hazırdır. Onun sözlərinə görə, Moskva, həmçinin, regionda nəqliyyat əlaqələrinin yaradılmasına, iqtisadi kommunikasiyaların blokdan çıxarılmasına, iki Cənubi Qafqaz ölkəsi arasında sərhədlərin delimitasiyası ilə bağlı tədbirlərə, aktual humanitar problemlərin həllinə dəstək göstərməyə də hazırdır. Halbuki, Moskvanın diplomatın sadaladığı istiqamətlər üzrə indiyədək gerçəkləşdirdiyi bütün təşəbbüslər iflasa uğrayıb. Özü də Ermənistan rəhbərliyinin mövqeyi səbəbindən. İndi nə isə dəyişibmi? Prinsip etibarilə, dəyişən heç nə yoxdur. Baş nazir Nikol Paşinyan administrasiyası əvvəllər olduğutək, yenə anti-Rusiya ritorikasını davam etdirməkdədir.

Bu yerdə Kopırkinin bir il əvvəl üzərində dayandığı məqamlardan söz açmaq zərurəti yaranır. O demişdi ki, Moskva İrəvanın Rusiya ilə münasibətlərə xələl gətirəcək addımlar atmayacağına və münasibətləri qoruyub saxlayacağına ümid bəsləyir. “Eyni zamanda, biz ondan çıxış edirik ki, erməni tərəfi çoxşaxəli əməkdaşlığımıza, qardaş xalqlarımızın çoxəsrlik münasibətlərinə xələl gətirəcək addımlar atmayacaq”, - deyən səfirin Kremlin beynəlxalq əlaqələrin genişləndirilməsində Ermənistana yardım etməyə hazır olduğunu dilə gətirməsi də təəccüblüdür. Görəsən, Rusiya Ermənistanın beynəlxalq əlaqələrini genişləndirməsinə necə yardım edəcəkmiş? Belə bir mexanizm varmı? Bu niyyət başqa ölkənin daxili işinə qarışmaq deyilmi? Deyəsən, Kopırkinin nəzərində Ermənistan rəhbərliyi, obrazlı desək, üzünə-gözünə çirkab bulaşdıran balaca uşaq ampluasındadır.

Əslində, belə bir baxışın mövcudluğunu səfir dolayısı ilə təsdiqləmişdi. Məsələn, o demişdi ki, rəsmi İrəvanın xarici siyasətini diversifikasiya kursu, istər-istəməz, Rusiyadan xeyli dərəcədə uzaqlaşma kimi qəbul edilir. “İki ölkə arasında müttəfiqlik və qardaşlıq münasibətlərini saxlamaq və gücləndirmək vəzifəsi daşıyan bir səfir kimi, bu cür tendensiya narahatlıq doğurur”, - deyən diplomatın ABŞ Dövlət Departamentinin rəsmi nümayəndələrinin verdiyi bəyanatları xatırlatması təsadüf sayıla bilməzdi: “Amerikalılar Ermənistanla münasibətləri açıq şəkildə Rusiya və İranın təsirinə qarşı mübarizə kontekstində qururlar”.

Göründüyü kimi, hansı səmtdən yanaşsaq, Kopırkinin timsalında Rusiyanın Azərbaycan–Ermənistan münasibətlərində vasitəçiliyə bel bağlamasına dair hansısa əsas, loru dildə desək, tutacaq yer yoxdur. Ancaq məlum idi ki, səfir fikirləri ilə ölkəsinin Bakı–İrəvan sülh gündəminin Qərb platformasında məntiqi nəticə verməsindən narahatlığını bildirir. Belə qənaətə gəlmək olar ki, narahatlıq indi də var və Kopırkinin hazırda bildirdikləri Moskvanın məqsədyönlü və səmərəli addım atmaq niyyətindən yox, daha çox sülh müqaviləsinin ərsəyə gəlməsinə maneçilik törətmək əzmindən qaynaqlanır.

Yenə də deyək ki, indi vasitəçilik dövrü başa çatıb. Bakı və İrəvan sülh müqaviləsinin bütün bəndləri üzrə razılığa gəliblər. Qalır Ermənistanın barış sazişinin imzalanması üçün Azərbaycan tərəfindən irəli sürülmüş iki şərti yerinə yetirməsi. Söhbət Ermənistan konstitusiyasına dəyişiklikdən, əsas qanunun ölkənin işğalçı mahiyyətə köklənmiş İstiqlaliyyət bəyannaməsinə istinad məntiqindən qurtulmasından və ATƏT-in Qarabağı münaqişəli və mübahisəli ərazi kimi təqdim edən Minsk qrupunun rəsmən ləğvindən gedir.

Hələlik, Paşinyan administrasiyasının diqqətə çatdırdığımız istiqamətlər üzrə hansısa addım atmaq niyyətində olmadığına, gözləmə mövqeyi tutduğuna dair ab-hava var və bu durum, istər-istəməz, sülh prosesindəki ardıcıllığa zərərdir, səmimiyyət mühitinə xələl gətirir. Hər bir halda, vəziyyəti düşünməli olan tərəf Moskva yox, İrəvandır. Bəs Rusiyanın düşündüyü nədir? Daha doğrusu, ölkə Kopırkinin dili ilə nə demək istəyir? Belə nəticəyə gəlmək olar ki, Rusiyanın Ermənistandakı ali diplomatik nümayəndəsinin vurğuladıqları, əslində, informasiya müharibəsinin tərkib hissəsidir. Tam mümkündür ki, Moskva blef ritorikasına baş vurur və Qərbə mesaj verir.

Deməli, Rusiya hazırda heç bir əhəmiyyət daşımayan, hətta, izi-tozu belə görünməyən vasitəçilik missiyasından söz açırsa, düşünmək mümkündür ki, blef ritorikasının informasiya manipulyasiyası Qərb cəmiyyətlərini hərəkətə gətirmək məqsədi daşıyır. Düşünək və görək vasitəçilik nə zaman lazım ola bilər? Cavab çox sadədir – müharibə və qarşıdurma riski olanda. Ehtimal etmək mümkündür ki, Kopırkin açıqlaması ilə məhz həmin riskin mövcudluğuna eyham vurur. Hətta, bir qədər də konkretləşdirsək, Azərbaycanın guya Ermənistana qarşı hücuma keçəcəyini vurğulamaq ehtimalının olduğunu da duya bilərik. Bəs bu, nəyə hesablanıb? Təxmin etmək olar ki, Qərb cəmiyyətlərində erməni həssaslığını və yekunda anti-Azərbaycan ritorikasını gücləndirməyə, həmin ritorikanın bütövlükdə sülh prosesinə maneçilik törətməsi vəziyyətinin formalaşmasına.

Əlbəttə, biz də istəməzdik ki, ehtimalımız özünü doğrultsun. Çünki, böyük ölçüdə, istəyimiz sülhdür. Ancaq bu məramımız ətrafı ayıq nəzərlərlə müşahidəmizi aktuallaşdırır. Müşahidəmiz isə onu göstərir ki, indiyədək Azərbaycan və Ermənistan arasındakı vasitəçiliklə sülh canfəşanlığı edən tərəflərin heç biri səmimi olmayıb, yalnız öz maraq və mənafelərini güdüblər. Eyni sözü Qərb haqqında da söyləmək mümkündür, elə Rusiyaya münasibətdə də. Ona görə yaxşı olar ki, heç bir tərəf dilinə, ümumən, “vasitəçilik” sözünü almasın.

Vasitəçilik həm də ona görə lazım deyil ki, klassik deyimlərin birində bu ampluada dayanın hər iki tərəfin sözünü dinləmək yox, onların haqsız olduqlarını dərk etmək üçün meydana atıldığı bildirilir. Azərbaycan və Ermənistan arasında isə haqsızı müəyyənləşdirməyə heç bir ehtiyac yoxdur. Çünki hər şey aydındır. Yəni, haqsız İrəvandır, haqlı Bakı. Qalır birincinin özünün bunu anlaması. Ermənistan haqsız olduğunu ya anlayacaq, ya da anlayacaq. Başqa yol yoxdur.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see277

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see240

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see223

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see188

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see188

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see187

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see184

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see184

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see182

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see174

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see172

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see171

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see170

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see158

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri