Icma.az
close
up
RU
Rusiyalı ekspert: Azərbaycan USAID ı bağlamaqla düzgün qərar verib

Rusiyalı ekspert: Azərbaycan USAID ı bağlamaqla düzgün qərar verib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan USAID-ı bağlamaqla düzgün qərar verib və şübhəsiz ki, dünyanın bir çox başqa ölkələri də bundan nümunə götürəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

O xatırladıb ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID 1960-cı illərdə Con Kennedi tərəfindən bütün dünyada demokratiya və azadlığa dəstək layihəsi kimi yaradılıb. XX əsrin ikinci yarısında təşkilat bütün dünyada, o cümlədən Rusiyada demokratiyanın bərqərar olmasına fəal kömək edib.

“Demokratiyanı müdafiə etmək çox yaxşı ideyadır və o, ötən əsrin 60, 70, 80 və 90-cı illərində, o cümlədən Rusiya Federasiyasında çox yaxşı işləyib. Lakin sonra USAID demokratiyanın düşmənlərinin nəzarətinə keçdi və bu da onun mahiyyətini dəyişdi. Biz Rusiyada USAID-ın demokratiya tərəfdarından onun düşməninə çevrildiyini görəndə onu bağladıq”, -deyə S.Markov qeyd edib.

Ekspertin sözlərinə görə, maliyyələşdirmə məlumatları dərc edildikdən sonra məlum olub ki, USAID terrorçu qruplara, neofaşistlərə maliyyə dəstəyi verib, mediadan manipulyasiya üçün istifadə edib. Bu agentlik Avropada 700-dən çox media orqanında 6000 jurnalisti maliyyələşdirərək onlara konkret informasiyalar yaymaq üçün təzyiq göstərib. USAID demək olar ki, bütün “rəngli” inqilablarda iştirak edib. Agentlik onların əsas maliyyə mənbəyi idi. Kütləvi etirazların baş tutmasını təmin etmək üçün aksiya təşkilatçılarına aylarla maaş verilib”.

Agentliyin həmsöhbəti əlavə edib: “Nümayişçilər heç bir pul almayıblar. Ola bilər ki, pulsuz yemək, pulsuz paltar alıblar, amma pul olmayıb. Bununla belə, bütün təşkilatçılar uzun aylar maaşlarını alıblar. Etiraz aksiyaları təkcə Ukrayna və Gürcüstanda deyil, həm də Moskvanın Bolotnaya meydanında maliyyələşdirilib”.

Politoloq sözlərini yekunlaşdırıb: “İndi görürük ki, USAID Tramp, Mask və Vensin qəzəbinə səbəb olub. Azərbaycan USAID-ı bağlamaqla düzgün qərar verib və şübhəsiz ki, dünyanın bir çox ölkələri də ondan nümunə götürəcək”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri