Rusiyalı ekspert: “Ermənistan Türkiyə Azərbaycan proseslərinə inteqrasiyası kursu götürüb”
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Baş nazir Nikol Paşinyan və onun çevrəsindən olan şəxslərin siyasi ritorikası göstərir ki, Ermənistan bölgədə Türkiyə-Azərbaycan proseslərinə mərhələli şəkildə inteqrasiyası kursu götürülüb. Bu, bu və ya digər şəkildə Avropa İttifaqının da maraqlarına uyğundur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev “Avropa İttifaqı və ya Avrasiya İqtisadi Birliyi – yeni dünyanın formalaşması kontekstində Ermənistanın seçimi” adlı dəyirmi masada çıxış edərkən deyib.
Onun sözlərinə görə, Orta Dəhliz və Rusiyadan yan keçən bütün kommunikasiyalar Aİ və müxtəlif konkret ölkələrin daha çoxşaxəli kommunikasiya dəhlizləri yaratmaq istəyi ilə bağlıdır.
“Gəlin görək proses necə inkişaf edir. Yaxın Şərqdə qeyri-sabitlik və İran ətrafında qeyri-müəyyənlik, Ermənistanla Azərbaycan arasında yenidən gərginliyin yaranması riski, rəsmi Bakının tələbləri və kifayət qədər sərt bəyanatları çətin ki, İrəvanla sülh müqaviləsinin bağlanmasını yaxınlaşdırsın. Bütün bunları nəzərə almaq lazımdır. Ermənistanın Rusiya Federasiyası ilə əlaqələrin daha da korlanması kursuna getməsi, yumşaq desək, yersizdir. Bu, kifayət qədər ciddi nəticələrə gətirib çıxaracaq, çətin ki, müsbət olacaq”, - politoloq vurğulayıb.
Xəzər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















