Icma.az
close
up
RU
Hamı üstümüzə gələcək, Azərbaycan bizi parçalayacaq Rusiyalı hərbi ekspert

Hamı üstümüzə gələcək, Azərbaycan bizi parçalayacaq Rusiyalı hərbi ekspert

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Keçmiş FSB polkovniki, Donbas separatçısı, hərbi ekspert İqor Strelkov rəsmi Bakının ünvanına təhqir və hədyanlar yağdırıb.

Bakupost.az xəbər verir ki, o, Rusiya mediasına açıqlamasında Azərbaycanı Rusiyanın ehtimal olunan hərbi düşməni adlandırıb.

Sərsəmləmələrini davam etdirən və Azərbaycan diasporu ilə bağlı vəziyyətə, Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinə toxynan Strelkov qeyd edib ki, bütün bunlar çox gözlənilən idi:

"Bakının Rusiya ilə münasibətlərin daha da kəskinləşməsi, kifayət qədər sürətlə anti-Rusiya mövqelərinə keçməsi üçün dəqiq müəyyən edilmiş vektoru olmasaydı, o zaman Rusiya ərazisində etnik azərbaycanlıların həbsi, hətta ölümü rəsmi Bakını qətiyyən narahat etməzdi. Hər şey sakit, dinc olardı. Siyasi sifariş var".

Bütün fantaziyasını işə salan Strelkov iddia edib ki, uzun müddətdir, Azərbaycan Rusiya ilə intensiv şəkildə yeni qarşıdurma nöqtələri axtarır. O, bu məsələdə Türkiyənin Azərbaycandan istifadə etdiyini bildirib və ölkəmizin ünvanına aşağılayıcı fikirlər səsləndirib:

"Türkiyənin vassalı Azərbaycanın da mütləq qoşulacağı müharibə ehtimalını dəfələrlə qeyd etmişəm. İndi İran, Amerika-İsrail zərbələri ilə zəiflədiyinə və bu zərbələrdən sonra Azərbaycana təzyiq göstərə bilməyəcəyinə görə, Bakı faktiki olaraq təxribatçı rolunda çıxış edir. Azərbaycan başa düşür ki, bütün hərbi qüvvələrimiz Qərb cəbhəsindədir və Rusiyaya Azərbaycanı öz yerində oturtmaq çox çətin olacaq. Münasibətləri korlamaq və mahiyyət etibarı ilə Rusiyanın opponentlərinin “dəyirmanına su tökmək” onların yaxın gələcəkdə də edəcəkləri işdir və bu proses artacaq. Zelenskinin Əliyevə nəyə görə təşəkkür etdiyini bilmirəm. Tamamilə mümkündür ki, məhz Azərbaycanın istehsal etdiyi dronların tədarükü üçün olub. Ola bilsin ki, silah-sursat tədarükü üçün".

Böhtanlarını davam etdirən rusiyalı hərbi ekspert deyib ki, guya Azərbaycan Sovetdən qalan silah və sursatı Ukraynaya satırdı:

"İstənilən halda Azərbaycan bizim ehtimal olunan hərbi rəqibimizdir, Əliyev isə həmişə bizim düşmənimiz olub və belə də qalır, çünki o, Türkiyənin müttəfiqidir. Biz hələ də Türkiyə ilə gizli düşmənçilik edirik. Daha bir “Qafqaz düyünü” bağlanır və bu, Rusiyanın ən mühüm problemini həll etmədən, yəni Ukrayna müharibəsində qalib gəlmədən kəsilməyəcək düyünlərdən biridir".

Strelkov onu da qeyd edib ki, Rusiya qələbə əldə edərsə, bir çox problemlər öz-özünə aradan qalxacaq:

"O zaman hamı bizə yaltaqlanacaq. Qalib gələ bilməsək, hamısı bizi parçalamağa tələsəcək. Azərbaycan birinci olacaq. Azərbaycanın ardınca digər rəsmi müttəfiqlərimiz və qonşularımız da gələcək. Artıq Qazaxıstan ərazisində düşmənin PUA-ları fəaliyyət göstərir və aydındır ki, onlar Ukraynadan oraya uçmayıb. Onlar açıq-aşkar Qazaxıstan ərazisindən atılıb, Xarici İşlər Nazirliyimiz və təbliğatımız münasibətləri daha da gərginləşdirməmək üçün sadəcə olaraq, susmağa çalışır. Rusiya ictimaiyyətini qorxutmamaq üçün. Zəiflər döyülür. Əsl güc nümayiş etdirməsək, hamı bizi döyəcək, camaat bizi tapdalayacaq”.

Elnur, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyul 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri