Icma.az
close
up
RU
Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diktə edir

Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diktə edir

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kremlin təhdidkar təzyiqlərinə rəsmi Bakının qətiyyətli, sərt və prinsipial reaksiyasının yaratdığı mövcud vəziyyət onu göstərir ki, Azərbaycan-Rusiya münasibətləri hazırda “soyuq balans” mərhələsindədir... Yəni, bəzi ortaq maraqlar əməkdaşlığa ehtiyac yaradır, ancaq Azərbaycan və Rusiya arasında qarşılıqlı siyasi etimad artıq əvvəlki səviyyədə deyil və yaxın gələcəkdə bu "soyuq balans"ın pozulma ehtimalı da mövcuddur...

Azərbaycan-Rusiya münasibətləri hazırda tarixi "soyuqluq" və kəskin ziddiyyətlər dövründən keçir. Bu iki qonşu ölkə arasında dərinləşməkdə davam edən qarşıdurma mühitinin hansı istiqamətlərə yönələ biləcəyi hələlik olduqca müəmmalı və qəliz suallar doğurur. Ancaq şübhə doğurmayan əsas önəmli məqamlardan biri də odur ki, "soyuq balans" diplomatiyasını belə arxada buraxmış bu ziddiyyətlər mərhələsi uzun müddət davam edə bilməz. Və bu situasiyanın istənilən halda, pozitiv istiqamətə yönəldilməsi olduqca vacibdir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Kremlin neoimperialist siyasi-ideoloji xəttinin rəsmi ifadəsi olan "postsovet dövlətləri Rusiyasız mövcud ola bilməz" narrativini darmadağın etməyi bacardı. Azərbaycan bütün dünyaya və MDB məkanına sübut etdi ki, Rusiya postsovet dövlətlərinin mövcudluğunda və inkişafında pozitiv iştiraka malik deyil. Əksinə, Rusiyanın təsirlərindən kənarda inkişaf perspektivləri daha cəlbedicidir. Və Azərbaycan öz qətiyyətli, prinsipial mövqeyi ilə Kremlin bütün "böyük qardaş" miflərini iflasa uğratdı. pizza mizza

İndi yalnız Azərbaycan deyil, digər postsovet dövlətləri də əmin olmağa başlayıblar ki, Rusiyaya müqavimət göstərmək mümkündür. Üstəlik, milli maraqlara bağlı hədəflərə doğru irəliləyərkən, Rusiyanın təsir dairəsindən uzaqlaşmaq ən effektiv modeldir. Çünki Kreml postsovet dövlətləri ilə münasibətlərini yalnız Rusiyanın mütləq hegemonluğu çərçivəsində qurmağa çalışır. Və bu, qarşı tərəfin həm suverenliyini, həm də maraqlarını böyük risk altında buraxır.

Maraqlıdır ki, Azərbaycan üzərində Rusiyanın hegemonluq cəhdlərinin baş tutmayacağını Kremldə də artıq anlamağa başlayıblar və bu reallıqla barışmaq məcburiyyətində qalıblar. Çünki Kremldə Azərbaycanın Rusiyaya heç bir sahədə ehtiyacının olmadığına artıq şübhə etmirlər. Əksinə, Rusiyanın Cənubi Qafqazda Azərbaycana möhtac olduğu inkaredilməz reallıqdır. Və Rusiya siyasi dairələrində Azərbaycana münasibətdə isterik davranışlar da məhz bu reallıqdan qaynaqlanır.

Böyük ehtimalla bundan sonrakı mərhələdə Kreml rəsmi Bakı ilə münasibətlərin bərpasına cəhd göstərməli olacaq. Çünki Kreml rəsmi Bakıya qarşı nəticəsiz təzyiqlərin Azərbaycanı Rusiya üçün daha da əlçatmaz geopolitik məsafəyə uzaqlaşdırdığını dəqiqləşdirmiş oldu. Və ona görə də, indi nə qədər gec deyil, Azərbaycanla qarşıdurma vəziyyətindən çıxış yollarının axtarılmasına məcbur qalmış kimi görünür.

Bütün bunları nəzərə aldıqda, Çində keçirilən beynəlxalq tədbirdə Rusiya prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevlə bağlı dediyi “salamlaşdıq, iki-üç kəlmə danışdıq” sözləri böyük maraq doğurur. Belə ki, ilk baxışda sadə diplomatik jest təsiri bağışlasa da, əslində, bu ifadə Azərbaycan və Rusiya arasındakı münasibətlərin mövcud durumuna simvolik işarədir. Yəni, belə anlaşılır ki, Azərbaycan-Rusiya münasibətləri tamamilə pozulmayıb, ancaq  əvvəlki kimi həm isti, həm də intensiv deyil.

Məsələ ondadır ki, 2023-cü ilin payızında Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsi Kremlin Cənubi Qafqazda mövqelərini ciddi şəkildə zəiflətdi. Rusiya "sülhməramlıları"nın uydurma missiyası sona çatdı, Kreml isə regional proseslərə təsir imkanını əldən verdi. Və bu, rəsmi Bakı və Kreml arasındakı münasibətlərdə müəyyən soyuqluğun yaranmasına gətirib çıxardı.

Bununla yanaşı, Azərbaycan-Ermənistan sülh prosesində Avropa Birliyi və ABŞ-ın vasitəçiliyi ilə müzakirələrə üstünlük verildi, Qərbin siyasi platformalarına daha çox yaxınlaşıldı. Bütün bunlar isə Rusiyanı ciddi şəkildə narahat edən strateji geopolitik siqnal oldu. Və buna normal reaksiya metodlarından tamamilə məhrum olan Rusiya birmənalı şəkildə təhdidkar təzyiq kampaniyasından başqa çıxış yolu tapmaqda aciz qaldı.

Əslində, elə həmin dönəmdən üzü bəri Azərbaycan və Rusiya arasındakı münasibətlərdə gərginlik elementləri müşahidə olunur. Ancaq bununla belə tərəflər arasında körpülərin tam uçurduğunu düşünmək də yanlış olardı. Hər halda, münasibətlər nə qədər gərgin olsa da, Azərbaycan və Rusiya arasında ticarət, enerji və tranzit əməkdaşlığı hələ davam edir. Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi bu baxımdan, böyük strateji əhəmiyyət daşıyır və hər iki ölkə üçün əməkdaşlıq ehtiyacı yaradır.

Prezident Vladimir Putinin “fundamental münasibətlər”ə vurğu etməsi də təsadüfi deyil. Çünki bu, Rusiyanın Azərbaycan ilə əlaqələrdə uzunmüddətli maraqlar əsasında münasibətləri qorumaq məcburiyyətini göstərir. Halbuki, Cənubi Qafqazdakı sülh prosesində Azərbaycan və Rusiyanın mövqeləri həm üst-üstə düşür, həm də bəzi istiqamətlər üzrə kəskin toqquşur.

Məsələ ondadır ki, Rusiya regionda hələ də hərbi-siyasi oyunçu olaraq qalır. Rəsmi Bakı isə Rusiya ilə açıq qarşıdurmadan yayınmağa üstünlük verir. İqtisadi-ticari sahədə əməkdaşlıq isə hələ də ortaq məxrəcə ehtiyac yaradır. Ancaq regional sülh prosesində Rusiya əsas vasitəçi statusuna iddiasını qoruyub, saxlamaq istəyir. Azərbaycan və Ermənistan isə Qərb platformalarının — Brüssel və Vaşinqtonun rolunu artırmaqda daha maraqlıdır. Və bu, qarşıdurma tərəfləri arasında genişmiqyaslı strateji vasitəçilik rəqabəti doğurur.

Kremlin təhdidkar təzyiqlərinə rəsmi Bakının verdiyi qətiyyətli, sərt və prinsipial reaksiyanın yaratdığı mövcud vəziyyət göstərir ki, Azərbaycan-Rusiya münasibətləri hazırda “soyuq balans” mərhələsindədir. Yəni qarşılıqlı maraqlar əməkdaşlığa ehtiyac yaradır, ancaq Azərbaycan və Rusiya arasında qarşılıqlı siyasi etimad artıq əvvəlki səviyyədə deyil. Və yaxın gələcəkdə Qərbin Cənubi Qafqazda təsirini artırması ilə bu "soyuq balans"ın pozulma ehtimalı da qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Sentyabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri