Icma.az
close
up
RU
Kreml Bakıya “dialoq qapısı” açır? Rusiyanın Azərbaycana ehtiyacı var

Kreml Bakıya “dialoq qapısı” açır? Rusiyanın Azərbaycana ehtiyacı var

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən sammit çərçivəsində Azərbaycanla bağlı gözlənilməz dərəcədə yumşaq və barışıq tonlu açıqlama verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Rusiya lideri qeyd edib ki, münasibətlərdə hər zaman cari vəziyyətdən doğan suallar və problemlər olur:

“Ancaq bu gün prezident İlham Əliyevlə salamlaşdıq, bir neçə kəlmə danışdıq. Əsaslı münasibətlər və qarşılıqlı maraqlar hər şeyi öz yerinə qoyacaq”.

Vladimir Putinin bu açıqlaması ona görə gözlənilməz hesab olunur ki, Kremlin “danışan dili” hesab olunan bəzi siyasi ekspertlər Moskvanın Bakı ilə əlaqələri qoparmaq ərəfəsində olduğunu bəyan edirdilər. Rusiya ilə Azərbaycan arasında soyuq münasibətlərin daha da kəskinləşəcəyini elan edirdilər. Bu səbəbdən Putindən sərt bəyanatlar gözlənilirdi. Lakin əksinə, Rusiya prezidentinin açıqlaması kifayət qədər diplomatik və barışıq mesajı daşıyırdı.

Vəziyyəti şərh edən beynəlxalq məsələlər üzr ekspert Əziz Əlibəyli Bakıvaxtı.az-a açıqlamasında Vladimir Putinin loyal münasibətini bir neçə səbəblə izah edib:

“Birincisi, Rusiyanın təzyiqlərinə rəğmən Azərbaycan mövqelərindən geri çəkilmədi.

İkinci səbəb Rusiya-Azərbaycan münasibətlərində Rusiya təhdiddən başqa ökəmizə qarşı əməli addımlar atdı. Bu da Azərbaycanı çəkindirmədi.

Üçüncüsü, çox ciddi geosiyasi gedişlər fonunda Rusiya anladı ki, Azərbaycan xarici siyasət xəttini daha böyük oyunçularla müəyyən edib. Bu məqamda Rusiya çox nominallaşır. Rusiya regional prizmadan Cənubi Qafqazda Azərbaycanla Ermənistan və Gürcüstanla danışdığı intonasiya ilə danışa bilmir, Bu ritorikanın Azərbaycanla mümkün olmadığını son 9 ayın nəticələri göstərdi. Son 9 ay Rusiyanın Azərbaycan kimliyini qəbul etməsi üçün sınaq müddəti idi”.

Ə.Əlibəyli hesab edir ki, Azərbaycan Qarabağ müharibəsindən sonra yaşanan proseslərdə öz siyasi, ideoloji, regional və coğrafi müstəqilliyini yaşamağa başlayıb. Onun sözlərinə görə, gedişat artıq Rusiyanın qarşısını ala bilməyəcəyi mənzərəni ortaya çıxardı. Azərbaycan Türkiyə, Pakistan, Böyük Britaniya, Amerika və Çinlə qlobal əməkdaşlıq sisteminə imza atıb.

Əziz Əlibəyli: Rusiya anlayır ki, Azərbaycansız Cənubi Qafqaz siyasətini yürüdə bilməz

Müsahibimizə görə, ikinci mərhələdə Türk Dövlətləri Təşkilatının gücləndirilməsini də xatırlatmaq yerinə düşür:

“Rusiya anlayır ki, Gürcüstansız, Ermənistansız Cənubi Qafqazda addımlar ata bilər, amma Azərbaycansız Cənubi Qafqaz siyasətini yürüdə bilməz. Rusiyanın Azərbaycana ehtiyacı var. Putinin daha kəskin ritorikadan istifadəsi daha radikal addımlar doğura bilərdi, amma buna Rusiyanın ehtiyacı yoxdur. Rusiya Azərbaycana dialoq qapısını açmağa çalışır. Guya münasibətlərin yaxşılaşmasına yönəlik düşüncələrində yavaş-yavaş inkişafın tərəfindədir”. 

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Sentyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri