Icma.az
close
up
RU
Rusiyanın Azərbaycana daha çox ehtiyacı var

Rusiyanın Azərbaycana daha çox ehtiyacı var

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


"Rusiya və Azərbaycan arasında münasibətlər, Azərbaycan hava yollarına məxsus təyyarənin bu ölkənin hava məkanında vurulmasından sonra, gərginləşməkdədir. Hətta vəziyyət o həddə çatıb ki, hər iki ölkənin səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb və baş verənlər haqda etiraz və iradlar səfirlərə çatdırılıb. Ardınca hər iki ölkənin televiziya və digər mətbuat orqanlarında, parlament səviyyəsində, sosial şəbəkələrdə və saytlarda tarixi və mövcud ittihamlar səsləndirilməkdə davam edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, fevral ayının 22-də 2022 ildə Moskva şəhərində Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik Bəyannaməsi imzalanıb:
"Bəyannamənin məqsəd və vəzifələrinə diqqət yetirsək, görərik ki, sənəd hərtərəflidir. Demək olar ki, iki ölkə arasında siyasi münasibətlərin daha da yüksək səviyyədə inkişafını müəyyən edən bir sənəddir. Əslində Rusiya ilə münasibətlər Azərbaycan üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı şəxsi münasibətləri, demək olar ki, bütün dönəmlərdə yüksək səviyyədə olub və bu münasibət hər iki dövlət arasında dostluq və etimada xidmət edib. Amma , Rusiyanın siyasi tarixində biz hər zaman yarımçıq saxlamaq, xəyanət etmək kimi bir vərdişlərinin olduğunu görmüşük. Bu səbəbdən təyyarəmizin Rusiya səmasında vurulması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya qarşı kəskin mövqedə durması və iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olan digər amillərin son vaxtlar yer almasının davam edəcəyi gözləniləndir. Cünki, Rusiya Azərbaycandan bu qədər kəskin mövqe gözləmirdi".
Çingiz Şahbazi deyib ki, Azərbaycan duruşu ilə, bir çox suallara cavab verdi:
"Kimliyindən asılı olmayaraq ölkəmizə qarşı atılan, hər hansı bir çirkin plana söykənmiş addıma, eyni məntiqlə cavab veriləcək və ölkə başçısının bu istiqamətdə atdığı addımlar xalq tərəfindən yüksək qiymətləndirilib, dəstək almaqdadır. Rusiya tərəfinin yeganə yolu Azərbaycanın iradlarını qəbul etməkdən və tələblərə cavab verən addımlar atmaqdan ibarət olmalıdır. Əks halda durumu siyasi və iqtisadi baxımdan nəzərdən keçirsək görərik ki, Rusiyanın Azərbaycana daha çox ehtiyacı var. Bu baxımdan Rusiya Azərbaycana qarşı blef edir və heç bir təzyiq mexanizmindən istifadə edən deyil".
Anar Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Fevral 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri