Icma.az
close
up
RU
Rusiyanın ehtiyatları “əriyir” Putinin fondu 2026 cı ildə tükənə bilər

Rusiyanın ehtiyatları “əriyir” Putinin fondu 2026 cı ildə tükənə bilər

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Neftin ucuzlaşması və rublun mövcud məzənnədə qalması şəraitində Rusiya Milli Rifah Fondu 2026-cı ilə qədər tükənə bilər. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri Qaydar İnstitutunun iqtisadçılarının hesabatına istinadla yazıb.

Azərbaycanın Neft Fondu ilə oxşar funksiyaya malik olan Rusiya Milli Rifah Fondunun aktivləri 2024-cü il iyunun 1-nə 2,8 trilyon rubl (təxminən 31 milyard dollar) təşkil edib. Bu, 2019-cu ildən bəri ən aşağı səviyyə sayılır. Üç il ərzində fondun həcmi rublla ifadədə iki dəfədən çox, dollarla isə üç dəfə azalıb.

2025-ci ilin mayında Rusiya Maliyyə Nazirliyi büdcə kəsirini bağlamaq üçün fondan 35,9 milyard rubl (400 milyon dollar), hökumət layihələrinin maliyyələşdirilməsi üçün isə 532 milyard rubl (5,9 milyard dollar) vəsait ayırıb. Həmçinin təyyarələrin və Sankt-Peterburq metrosu üçün vaqonların alınmasına 1 milyard rubl (11 milyon dollar) sərf olunub.

Hazırda fondun tərkibində 139,5 ton qızıl qalır. Müharibənin əvvəlində bu rəqəm 400 tonu ötürdüyü halda, hazırda ehtiyatlar xeyli azalıb. İqtisadçı İlya Sokolov bildirir ki, bu qalıqlar hələlik neft gəlirlərindəki azalmaları kompensasiya etmək üçün kifayətdir. Lakin uzunmüddətli böhran şəraitində fond bir il ərzində tükənə bilər.

Rusiya hökuməti neft gəlirləri ilə bağlı büdcəyə yenidən baxmaq məcburiyyətindədir. İlkin proqnozlara görə, neft gəlirləri 10,9 trilyon rubl (120 milyard dollar) olmalı idi, lakin bu göstərici 8,3 trilyon rubla (91 milyard dollar) endirilib. Nəticədə büdcə kəsiri 3,8 trilyon rubl (42 milyard dollar) təşkil edə bilər.

Maliyyə Nazirliyi Ural neftinin bir barel üçün qiymət proqnozunu 60 dollardan 50 dollara endirmək imkanını da nəzərdən keçirir. Bu da dövlət xərclərinin 1,5-1,6 trilyon rubl (təxminən 17 milyard dollar) və ya ÜDM-in 0,7%-i qədər azaldılmasına səbəb ola bilər.

Bundan əlavə, mənfəət vergisi gəlirlərində də azalma riski var. Belə ki, büdcədə 4 trilyon rubl (44 milyard dollar) olaraq nəzərdə tutulan bu vergi gəlirləri artıq 34% azalıb. İqtisadçılar bu azalmanı neft gəlirlərinin itkisindən daha təhlükəli hesab edirlər, çünki bu, iqtisadiyyatda dərin problemlərin göstəricisidir.

Qeyd edək ki, Rusiya Milli Rifah Fondu 2008-ci ildə Prezident Vladimir Putin tərəfindən enerji ixracından əldə olunan gəlirlərin toplanması məqsədilə yaradılıb. Fond əsasən böhran dövrlərində büdcə kəsirinin ödənilməsində istifadə olunur. Lakin Qərbin sanksiyaları və neft qiymətlərinin düşməsi fondu ciddi təzyiq altına salıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri