Icma.az
close
up
RU
Tramp mifi əriyir...

Tramp mifi əriyir...

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Nə Ukraynada sülh yarada bildi, nə dünya hegemonluğuna nail oldu, üstəlik Çinlə ticarət müharibəsinə girişib ABŞ-ın özünü də riskə atdı”

Əvvəlcə ABŞ prezidentliyinə namizəd olanda böyük səs-küylə bəyanatlar verdi, dünyanı şoka salan fikirlərlə hakimiyyətə gəldi. Ağ Evə girər-girməz isə başgicəlləndirici qərarlara imza atdı, Volodimir Zelenskini Ağ Evə çağırıb hərbə-zorba gəldi. Həttda Vladimir Putinlə birləşib Avropanı diz şökdürəcəyi gözlənilirdi. Lakin bunların heç bir hələ ki baş verməyib. Təkcə 50-dən çox ölkəyə vergi və gömrük “müharibəsi” tətbiq etməkdən başqa. Artıq ABŞ Konqresində Donald Trampın impiçmenti barədə səslər yüksəlir. Açıq şəkildə görünür ki, D.Trampın hegemonluq iddiaları iflasa uğrayıb. ABŞ prezidentinin dünyada iqtisadi müharibələrə və həttda bəşəriyyəti böhran və aclıq təhlükəsinə sürükləyən “ticarət doktirinası” ilk zərbə kimi ABŞ-ın özünə dəyəcək.
Çünki Çin şirkətlərinə qarşı vergi və gömrük sanksiyalarını 50 faizə qədər yüksəldən D.Tramp, əslində bu addımı ilə ilk əvvəl ABŞ şirkətləri üçün quyu qazdığının fərqində olmayıb çox güman. Çünki rəsmi Pekin də bunun qarşılığında Çin ilə ticarət tərəfdaşı olan ABŞ şirkətlərinə qarşı ikiqat rüsum və gömrük “sığalı” çəkib. D.Trampın Çin əleyhinə ticarət düşmənçiliyini artıq iflas etmiş də saymaq olar. Çünki dünyada hegemon olmaq iddiasını hər gün artıran Çin dövləti D.Trampın bu siyasətinə neçə müddətdir ki hazırlaşırmış və Ağ Ev-dən gələn zərbələr qarşısında hazırlıqlı görünür. Diqqət edin, Ağ Evin bu radikal addımları ABŞ-ın özü də daxil olmaqla, əksər dünya ölkələrinin ticarət maraqlarına ciddi zərbə vurmağa başlayıb. Xüsusilə bu zərbələr böyük maliyyə itkilərində özünü açıqca ortaya qoyur. Dünyanın ən etibarlı KİV-ləri ümumi iqtisadi itkilərin trilyonlarla dollara bərabər olduğunu yazırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, dünyada bir nömrəli maraq kimi daima öndə olan ticarət maraqları və “rüsum müharibəsi” artıq Vaşinqtonun özündə “od tutub yanacaq”. Həm siyasi mənada həm də iqtisadi mənada. Çünki hazırda baş verən proseslər açıq şəkildə onu göstərir ki, D.Tramp bu hədə-qorxu siyasəti ilə əslində reallaşdıra bilməyəcəyi işin qulpundan yapışıb və indi təkcə özünü deyil, həm də bütün ABŞ-ı ciddi risq altına salıb.
Onun Ukraynada birtərəfli şəkildə “sülh yaratmaq” planı da lazımsız kağız kimi zibil qabına atılıb. Çünki nə əvvəlki kimi V.Zelenski ondan qorxmur, nə də “dost” adlandırdığı V.Putin artıq onunla eyni yolu getmək istəmir. Üstəlik ilk günlərdə D.Trampın addımları qarşısında özünü itərən Avropa İttifaqı liderləri də artıq soyuq başa düşünür və “qorxunc” ABŞ prezidentindən qəti şəkildə çəkinmirlər. Netanyahu ilə Ağ Evdəki görüşdə Suriya və Türkiyə barədə nə qədər iddialı fikirlər səsləndirsə də, artıq D.Trampın qorxunc və iddialı mifi əriyib yoxa çıxır..

Mətləb Salahov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri