Icma.az
close
up
RU
Rusiya əhalisi sürətlə “əriyir” Putinin çağırışı nəticə vermir

Rusiya əhalisi sürətlə “əriyir” Putinin çağırışı nəticə vermir

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Reproduktiv yaşda olan bir qadına düşən orta uşaq sayını əks etdirən ümumi doğuş nisbəti (ÜDN) 2025-ci ilin sonuna qədər ardıcıl onuncu ildir ki, azalır.

“AzPolitika” xəbər verir ki, bu barədə "Vedomosti" Rosstat məlumatlarına istinadla bildirib.

Məlumata görə, dekabr ayı etibarilə ÜDN 1,374-ə düşüb (2024-cü ilin sonunda 1,4 olub). Bu, 2006-cı ildən bəri ən aşağı göstərici olub.

"Rosstat" müasir Rusiya tarixində ən yüksək ÜDN-i 2015-ci ildə qeydə alıb - 1,762. O vaxtdan bəri, bu göstərici 0,388 bal və ya 22% azalıb ki, bu da 1990-cı illərdən bəri ən kəskin azalmadır. Ən əsası isə bu azalma xaricdən miqrantların gəlməsinə rəğmən belə 10 ildir davam edir.

Vladimir Putinin səkkiz uşaq sahibi olmağa və qədim Rusiyanın ənənələrinə qayıtmağa çağırmasına baxmayaraq, doğum sayı sürətlə azalmaqda davam edir. Rusiyada doğulan uşaqların dəqiq sayı məlum deyil. Ötən payız "Rosstat" əvvəllər aylıq dərc etdiyi statistikanı gizlətməyə başlayıb.

Ən son mövcud məlumatlar göstərir ki, 2024-cü ildə doğuşların sayı 1,222 milyon körpəyə düşüb ki, bu da 1999-cu ildən bəri ən aşağı göstəricidir. 2014-cü illə müqayisədə doğum nisbəti üçdə bir azalıb və 2025-ci ilin yanvar-mart aylarında hətta 18-19-cu əsrlərin əvvəlindən bəri rekord qırıb - üç ayda 288.000 doğuş.

Putin beşinci müddətinin başlamasından sonra başladılan milli layihələrin bir hissəsi olaraq, ümumi doğum nisbətinin 2030-cu ilə qədər 1,6-ya, 2036-cı ilə qədər isə 1,8-ə çatdırılmasını tələb edib. Bu, Rusiya Elmlər Akademiyası tərəfindən hazırlanmış "ailə mərkəzçiliyi" demoqrafik strategiyasında əksini tapıb.

Strategiya çərçivəsində rəsmilər ailə və nikah institutunu gücləndirmək və "ənənəvi ailə dəyərlərini" təşviq etmək niyyətindədirlər. Lakin hələlik heç bir müsbət effekt nəzərə çarpmır, əksinə, Ukraynafdakı müharibə iqtisadi çətinliklər doğuş tempini daha da aşağı salıb. Olan-qalan doğuş sayının da əhəmiyyətli hissəsi Qafqaz xalqlarına və digər “qeyri-ruslar”a aiddir.

2018-ci ildə Putin, Krımın ilhaqından qısa müddət sonra başlayan təbii əhali azalmasını altı il ərzində dayandırmaq məqsədi qoymuşdu. Əvəzində, 2018-2024-cü illər arasında Rusiya ölümlərin doğumlardan çox olması səbəbindən 3 milyondan çox insan itirib. Rosstat-ın məlumatına görə, 2024-cü ildə əhalinin təbii azalması 20% sürətlənib və 596.000 nəfərə və ya gündə orta hesabla 1630 nəfərə çatıb. Yəni, Rusiya əhalisi təkcə rəsmi statistikaya görə, gündə azı 1630 nəfər azalır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri